Azərbaycanda kişi gəlininin gizli görüşdüyü oğlanı tutdu və… – TƏFƏRRÜAT

 

Neftçala sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Hadisə rayonun Astanlı kəndində baş verib.

Kənd sakini, 1990-cı il təvəllüdlü Ş.F sağ bud nahiyəsindən aldığı güllə yarası ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının dediyinə görə, o, Məmməd (şərti) adlı şəxs tərəfindən güllələnib.(report)

Hadisəsinin təfərrüatları məlum olub.

Əldə etdiyimiz məlumata görə, rayonun Astanlı kəndində 1990-cı il təvəllüdlü Şahin Fərəməzova (ad və soyadlar şərtidir) atəş açaraq ona xəsarət yetirən 1960-cı il təvəllüdlü Məmməd Musayev tutulub. Ondan hadisədə istifadə etdiyi ov tüfəngi götürülüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Ş.Fərəməzovla M.Musayevin oğlunun həyat yoldaşı arasında gizli münasibət olub. Bu səbəbdən Musayevlər ailəsində söz-söhbət olub və 59 yaşlı kişi gəlinin oğlundan boşanaraq evi tərk etməsini tələb edib. Eyni zamanda gəlinin kənd sakini olan başqa şəxslə münasibətdə olmasını bilən kişi həmin şəxsi cəzalandırmaq qərarına gəlib və evin həyətində tutduğu gənc oğlana atəş açıb. 29 yaşlı Ş.Fərəməzov hadisə vaxtı qaçmağa nail olub və yalnız bud nahiyəsindən xəsarət alıb. Onun həyatına təhlükə olmadığı bildirilir.

Bildirilir ki, hadisəni törədən şəxsin oğlu daş karxanasında çalışır.

Faktla bağlı araşdırmalar davam etdirilir. (publika.az)
шаблоны для dle 11.2
Tarix: 19-06-2019, 15:58




Xəbər lenti