Moskva polisi azərbaycanlının restoranına basqın edib – 32 nəfər saxlanılıb

 Rusiyada azərbaycanlı idmançı ilə “Ded Xasan”ın nəvəsi “kriminal sxodka” zamanı tutulublar.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, polis iyulun 13-də Moskva vilayətinin Lyuberts rayonunda yerləşən azərbaycanlıya məxsus “Düşes” restoranına basqın edib.
Nəticədə Rusiya kriminal dünyasının keçmiş liderlərindən olan “Ded Xasan” ləqəbli Aslan Usoyanın nəvəsi İrakli Usoyan və azərbaycanlı samboçu, Rusiya çempionu Sahib Mehdiyev və daha 32 nəfər saxlanılıb. Məlum olub ki, “kriminal sxodka”ya yığışanlar yerli iş adamları və narkotiklərdən gələn gəlirləri öz aralarında bölüşdürməyi planlaşdırıblar.
Faktla bağlı araşdırma aparılır.шаблоны для dle 11.2
Tarix: 15-07-2019, 14:21




Xəbər lenti