"Şah Hamam"nda özbaşınalıq - ŞOKFAKT

"Şah Hamam"nda özbaşınalıq - ŞOKFAKT



Həkimlər hamamların insan orqanizmi üçün faydalı olduğunu söyləyir, amma ürək-damar sistemində xəstəliyi olanların hamamdan istifadə edərkən diqqətli olmağa çağırır. Bu hal onlarda narahatlığı bir az da artıra bilər. İçkili insanların hamama girməsi isə ümumiyyətlə tövsiyə olunmur.

Orta və daha yuxarı yaşlı nəslin nümayəndələri xatırlayarlar, 1976-cı ildən başlayaraq SSRİ-də hər Yeni İl axşamı “Qəribə təsadüf və ya həmişə təmizlikdə” filminin nümayişi ənənəyə çevrilib. Hər il təkrar nümayiş olunmasına baxmayaraq, milyonlarla insan filmi böyük həvəslə seyr ediblər. Filmin ərsəyə gəlməsində yaddaqalan məqamlar və ortaya çıxan problemlər də az olmayıb.

Film hazır olduqdan sonra müzakirələr zamanı “sərxoşluğun təbliği” adı ilə ciddi tənqidə məruz qalıb. Bu məsələdə filmin müəlliflərini Dövlət Teleradio Komitəsinin sədri Lapin müdafiə edib: “Məgər dövlət məmurları hamama gedəndə içki içmirlər? Burada heç bir qəbahət yoxdur...” Bununla da ilk təhlükə sovuşub.

Lakin, SSRİ-nin buxovlarından azad olan Azərbaycanda spirtli içki qadağan olunmasa da, onun hamamda istifadəsinin sağlamlığa mənfi təsiri ilə bağlı tövsiyələr vardır. Bu tövsiyələrə əməl etməyən hamamlardan biri də paytaxtın 9-cu mikrorayon,Tərlan şadlıq evindən yuxarı Dövlət Yangından Mühafizə İdarəsinin yanı "Şah Hamam"dır. Burada müştərilərə ağır xörəklər, araq, pivə kimi sərt içkilər təklif olunur. Özü də məhz çimilən sektorda. Məlum olduğu kimi, hamamda yaranan nəmli və rütubətli şəraitə görə oranı nə qədər təmizləsək də, istənilən təmizliyi əldə etmək çətin olur. Bu nöqteyi-nəzərdən müştəri məmnunluğunu təmin etmək naminə birbaşa hamamın özündə xörək verilməsi gigiyena baxımından yolverilməzdir. Çünki, xörəyin üzərinə mütləq bakteriya və mikroblar qonur.

Bundan başqa, burada vaxt məhdudiyyəti tətbiq olunur. Yəni, müştəri 10 manat giriş haqqı ödəyir. Xeyli hissəsini soyunub-geyinməyə sərf etdiyi 2 saatdan sonra hamamdan istifadə edəcəyi vaxta görə ondan əlavə haqq tələb olunur. Halbuki başqa hamamlarda belə məhdudiyyət yoxdur. Bununla belə, "Şah Hamam"nda müştəriyə heç bir çek verilmir.

Bu hamamda masajçının xidmət haqqı Giriş-10 manat
Kisə-13 manat
Masaj 30 dəqiqə-16 manat
Masaj 45 dəqiqə-20 manat
Masaj 1 saat- 30 manat
VİP-giriş 100 manat (5 nəfərlik, quru, sulu par VİP-in daxilindədir).


Hamam sahibi əmək müqaviləsi bağlamadan çalışdırdığı bu işçilərin qazancına şərikdir. Onlara sərf etdikləri sabun, kisə və məlhəmləri də hamamçı özü satır, bazar qiymətindən yuxarı.

"Əsli ilə doğrudur"Azerinfo.az


"Şah Hamam"nda özbaşınalıq - ŞOKFAKT
"Şah Hamam"nda özbaşınalıq - ŞOKFAKT
"Şah Hamam"nda özbaşınalıq - ŞOKFAKT

шаблоны для dle 11.2
Tarix: 23-08-2019, 16:47




Xəbər lenti