Atası Gülağa Tənhaya, oğlu qadına qarşı dələduzluq etdi

         Bakıda dələduzluqda təqsirləndirilən Lətif Qasımov və Zaur İsayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 
Unikal.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, istintaq dövründə barələrində həbs qətimkan tədbiri seçilməyən L.Qasımovla Z.İsayevə şərti cəza verilib.
Qeyd edək ki, L.Qasımov həbsdə olan “Real MTK”-ın rəhbəri İlham Qasımovun oğludur.
İttiham aktına əsasən, L.Qasımovla Z.İsayev Təranə Dünyamalıyevaya qarşı 100 min manatdan çox dələduzluq ediblər.
Daha əvvəl “Real MTK”-ın rəhbəri İ.Qasımov şair Gülağa Tənhanın (Gülağa Qəmbərov) 19,5 milyon dollar pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası 12 ilə endirilib.
Xatırladaq ki, İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb.
Hökmdən narazı qalan L.Qasımov, Z.İsayev və zərərçəkmiş apellyasiya şikayəti veriblər. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Siam.azшаблоны для dle 11.2
Tarix: 22-11-2019, 14:08




Xəbər lenti