Kriminal avtoritet Mütəllimin cinayət işi: 13 il "yatıb", yenə həbsə gedir - FOTO



Ömrünün 13 ilini həbsxanada yaşamış kriminal avtoritet növbəti dəfə hakim qarşısına çıxarılır. O, bu dəfə narkotik ittihamı ilə həbs edilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələrin satışında ittiham edilən 1975-ci il təvəllüdlü Mütəllim Babayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, Mütəllim Babayev 11 il əvvəl azadlığa çıxıb. O, qətl törətməkdə suçlanaraq 13 il müddətinə azadlıqdan məhrum edilibmiş.
Mütəllim Babayev indi isə Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə mülli miqdarda narkotik vasitə əldə etmə və satma) maddəsi ilə təqsirləndirilir.
Məlumata görə, Mütəllim Babayev Maştağa qəsəbə sakinidir. O, kriminal avtoritet kimi tanınıb.
Sabunçu polisi Mütəllim Babayevin üzərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq marixuana aşkar edərək götürüb. Əməliyyat tədbirlərinin davamı olaraq M.Babayevin yaşadığı evin həyətindəki yardımçı tikiliyə baxış zamanı əlavə olaraq oradan 3 kiloqram 200 qram narkotik vasitə olan heroin, 104 qramdan çox marixuana, həmçinin elektron tərəzi və bir ədəb müvafiq sənədləri olmayan ''Magnum'' markalı ov tüfəngi aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.шаблоны для dle 11.2
Tarix: 25-03-2020, 20:38




Xəbər lenti