Dağıstan KİV-də azərbaycanlılara atəş açılması ilə bağlı yeni görüntülər yayılıb – VİDEO + FOTOLAR

Dağıstan KİV-də azərbaycanlılara atəş açılması ilə bağlı yeni görüntülər yayılıb
Azərbaycan vətəndaşları ilə Dağıstan polisi arasında yaşanmış qarşıdurma haqqında xəbər vermiş və bu barədə görüntüləri təqdim etmişdik.
Yeniavaz.com xəbər verir ki, Dağıstan KİV-də hadisə yerindən yeni görüntülər yayılıb və bu görüntülərdə həmvətənlərimizdən bəzilərinin yaralanması əks olunub. Həmçinin soydaşlarımızın polis tərəfindən yerə yatırılmış halda çəkilmiş fotoları da sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, bir neçə nəfərin xəsarət alması və dünyasını dəyişməsi ilə bağlı iddialar səsləndirilsə də, hələ ki, heç bir rəsmi qurum məsələyə aydınlıq gətirməyib.
Sözügedən kadrları təqdim edirik:



Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar Rusiya Federasiyasından Azərbaycana üz tutan həmvətənlərimiz 2 aydan çoxdur ki, Dağıstan sərhəddində çətin şəraitdə yaşayırlar. Bu isə ötən gün həmvətənlərimizlə Dağıstan polisi arasında qarşıdurmanın yaranmasına səbəb olub. Yayılan görüntülərdə polisin atəş açdığı açıqca müşahidə edilir.

Dağıstan KİV-də azərbaycanlılara atəş açılması ilə bağlı yeni görüntülər yayılıb
Dağıstan KİV-də azərbaycanlılara atəş açılması ilə bağlı yeni görüntülər yayılıb


Tarix: 16-06-2020, 13:57




Xəbər lenti