“Semaşko”nun bağlanması ilə bağlı rəsmi məlumat - YENİLƏNİB


“Semaşko”nun bağlanması ilə bağlı rəsmi məlumat -



"Kliniki Tibbi Mərkəz koronaviruslu xəstələrin müalicəsi ilə bağlı fəaliyyətini davam etdirəcək".



Bunu BAKU.WS-ə TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib.

O əlavə edib ki, KTM pandemiya dövründə bu istiqamətdə fəaliyyət göstərib, hal-hazırda isə digər şöbələr də bu prosesə cəlb edilib:

"Xəstəxanada müalicə alan digər xəstələr aidiyyəti üzrə digər xəstəxanalara köçürüləcək. Yeni müraciət edən xəstələr isə Respublika Klinik Xəstəxanasına, 6 saylı Şəhər Xəstəxanasına, eyni zamanda Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət edə bilərlər".

****

1 saylı Kliniki Tibbi Mərkəz bağlanıb.


AFN "Oxu.Az"-a istinadən xəbər verir ki, “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəz sabahdan pandemiya xəstəxanası kimi fəaliyyətə başlayacaq.

Mənbədən verilən məlumata görə, artıq bir neçə gündür ki, mərkəzə xəstə qəbulu dayandırılıb:

“Sabahdan etibarən COVID-19-a qarşı test nümunələrinin cavabları pozitiv (müsbət) çıxan xəstələr mərkəzə yerləşdiriləcək. Burada onların müalicə prosesi aparılacaq”.
Tarix: 17-06-2020, 16:03




Xəbər lenti