Rusiya 2018-dən kənarlaşdırıldı: 15 milyon da ödəməlidir

Rusiya 2018-dən kənarlaşdırıldı: 15 milyon da ödəməlidir Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya Olimpiya Komitəsinin təşkilata üzvlüyünü müvəqqəti olaraq dayandıraraq Rusiya milli komandasının Cənubi Koreyada keçiriləcək 2018-ci il Olimpiya Oyunlarından kənarlaşdırıldığını açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə komitənin mətbuat xidmətindən informasiya yayılıb.

Qərar Beynəlxalq Olimpiya Komitəsinin bu gün Lozanda keçirilən İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Rusiya Olimpiya Komitəsinin kənarlaşdırılması qərarı dərhal qüvvəyə minib.

Rusiya Olimpiya Komitəsi eyni zamanda Rusiya idmançılarının dopinq istifadəsi barədə qayda pozuntularının araşdırılması üçün sərf edilmiş 15 milyon dollar məbləğində BOK-un xərclərini ödəməlidir. Rusiya tərəfinin Beynəlxalq Olimpiya Komitəsinin qərarlarına tamamilə riayət edəcəyi halda isə Cənubi Koreyada keçiriləcək Olimpiya oyunlarının bağlanış mərasimindən sonra təşkilat Rusiya Olimpiya Komitəsinin üzvlüyünü tam və ya qismən bərpa edə bilər.шаблоны для dle 11.2
Tarix: 5-12-2017, 23:40




Xəbər lenti