KLİÇKO KARYERASINI 100 MİLYON DOLLAR QARŞILIĞINDA BƏRPA EDƏ BİLƏR







Keçmiş dünya çempionu Vladimir Kliçko karyerasını 100 milyon dollara bərpa edə bilər.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə 43 yaşlı boksçunun böyük qardaşı Vitali Kliçko məlumat verib. O qeyd edib ki, Vladimir Kliçkoya 100 milyon dollarlıq döyüş təklifi gələcəyi təqdirdə o, rinqə qayıtmaq barədə düşünə bilər.

Qeyd edək ki, ukraynalı boksçu 2017-ci ilin avqustunda karyerasını başa vurub. O, Beynəlxalq Boks Federasiyası, Dünya Boks Assosiasiyası və Dünya Boks Təşkilatının versiyaları üzrə ağır çəki dərəcəsində dünya birincisi olub. Kliçko 2015-ci ilin noyabrında Tayson Fyuriyə uduzaraq dünya çempionu titulunu itirib. 2017-ci il aprelin 29-da Coşuaya qarşı keçirdiyi son döyüşündə isə ukraynalı boksçu 11-ci raundda texniki nokautla məğlub olub. Onun hesabında olan 64 qələbədən 53-ü nokautla qazanılıb. Ukraynalı cəmi 5 döyüşdə məğlub olub.
шаблоны для dle 11.2
Tarix: 11-04-2019, 07:51




Xəbər lenti