Ağır Atletika Federasiyasının I vitse-prezidenti erməni həmkarı ilə yan-yana - FOTOLAR



Ağır Atletika Federasiyasının I vitse-prezidenti erməni həmkarı ilə yan-yana -


18-27 sentyabrda Tailandın Pattaya şəhərində ağır atletika üzrə kişilər arasında 85-ci, qadınlar arasında isə 28-ci dünya çempionatı keçirilib.



Çempionatda Azərbaycan yığma komandasını təmsil edən nümayəndə heyəti də olub. Ağır Atletika Federasiyasının birinci vitse-prezidenti, milli komandanın sabiq baş məşqçisi, SSRİ idman ustası Vahid Nəzərov da heyətlə birgə Pattayaya yollanıb.

Etibarlı mənbədən bizə ötürülən görüntüdən bəlli olur ki, V.Nəzərov Tailandda olduğu müddət ərzində ağır atletika üzrə Ermənistan milli komandasının baş məşqçisi Paşik Alaverdiyanla çox səmimi şəkildə söhbət edib. Belə ki, oyunlar bitdikdən sonra Vahid Nəzərov erməni Paşiklə qaldıqları oteldə bir neçə dəfə bərabər dolaşıblar və öz aralarında rus dilində müxtəlif mövzularda söhbət ediblər.

Məlumatı dəqiləşdirmək cəhdimiz davam edir və oxuculara bu barədə əlavə məlumat verməyə çalışacağıq. (Moderator.az)

Ağır Atletika Federasiyasının I vitse-prezidenti erməni həmkarı ilə yan-yana -
Ağır Atletika Federasiyasının I vitse-prezidenti erməni həmkarı ilə yan-yana -
шаблоны для dle 11.2
Tarix: 12-10-2019, 22:23




Xəbər lenti