Dünya nəhəngindən imtina edib, “Qalatasaray“a gəldi - Şok fakt


bitmap-img6




"Qalatasaray"ın prezidenti Mustafa Cengiz Radamel Falkao ilə bağlı maraqlı etiraf edib.

Fanat.Az xəbər verir ki, klub rəhbəri kolumbiyalı ulduzun yayda "Real"a keçmək imkanın olduğunu bildirib. Amma Falkao bu təklifdən imtina edib.

"Real"ın prezidenti Florentino Perez bizi təbrik etdi. Mən bunun səbəbini soruşdum. "Biz Falkaonu istədik, amma "Qalatasaray"a keçəcəyini dedi. Digər Madrid komandası da onu istəyib. Bunu bizə Falkao yox, Florentino Peres dedi. Həm də 15 nəfərlik rəhbər şəxsin yanında" deyə Mustafa Cengiz bildirib. 

Klub prezidenti Falkaonun "Monako"nun təklifindən də imtina etdiyini qeyd edib: "Falkao ilk oyunda ölümünə müdafiəyə gedib, top çıxartmağa çalışdı. Çox çalışdı. Bura pul üçün gəlmədi. 8 milyon avro maaşdan, bonuslarla birlikdə 9,5 milyon avrodan imtina edib gəldi. O, "Monako"nun bu şərtlərlə 2 illik müqavilə təklifindən imtina edib".
шаблоны для dle 11.2
Tarix: 11-11-2019, 08:56




Xəbər lenti