Bələdiyyə saytında qumarxana təbliğatı - Bakıda - FOTO

Bələdiyyə saytında qumarxana təbliğatı
Azərbaycanda bələdiyyələri mövcud icra hakimiyyətlərinin beşinci təkəri funksiyasını oynadıqlarından cəmiyyətdə onlara diqqət də azdır. Seçkilər belə bələdiyyələri gündəmin baş mövzularından birinə çevirə bilmir.

Bu səbəbdəndir ki, bələdiyyələr ictimai nəzarətdən də kənarda qalıb. Yenicag.az-ın araşdırmasına görə, dünya və onun bir parçası olan Azərbaycan informasiya texnologiyaları sahəsində inkişaf edərkən, onlayn bələdiyyəçilik anlayışı yox səviyyəsdindədir. Məsələn, Səbael Bələdiyyəsinin internet saytına (belediyye.com) müraciət etdikdə, saytın ən son 2008-ci ildə, yəni 11 il öncə yenilənib. Bələdiyyə sədri hazırda Səmədağa Aslanov olduğu halda sayta görə, Əhməd Hüseynov rəhbərdir.

Bələdiyyə saytında qumarxana təbliğatı

Ancaq Yasamal Bələdiyyəsi İT yenilikləri ilə bağlı digərlərinə nisbətdə daha inkişaf edib. Hətta internet reklamçılıq sahəsinə də addım atıb. Belə ki, Yasamal Bələdiyyəsinin rəsmi saytına (http://yasamalbelediyyesi.az) daxil olduqda, virtual mərc (qumar) saytına yönləndirilir.

Bələdiyyə saytında qumarxana təbliğatı

Yəni, bələdiyyənin fəaliyyəti ilə tanış olmaq üçün ən az 15 saniyə qumar saytının 15 saniyəlik videosunu izləməlisiniz. Bunun ardınca isə, manşetin altında rusların əyləncə, tanışlıq və babasil kimi xəstəliklərlə bağlı xəbər portallarına yönələn link qarşımıza çıxır.

Bələdiyyə saytında qumarxana təbliğatı

Yasamal Bələdiyyəsinin də fəaliyyəti geniş deyil. Ancaq saytda aktiv işləyən ödəmə yeridir. Bələdiyyə rəhbərliyi nəyi yarımçıq etsə də, həmin bölmənin üzərində yaxşı işlənilib.

Bələdiyyə saytında qumarxana təbliğatı

İnanmaq istəyirik ki, növbəti beş illikdə internet resursu olmayan bələdiyyələr də bu sahəyə diqqət ayıracaqlar. Eyni zamanda yenilənməsi unudulan bələdiyyə saytlarına da yeni sahibləri tərəfindən əl gəzdiriləcək.
шаблоны для dle 11.2
Tarix: 16-12-2019, 10:20




Xəbər lenti