Qarayazı Dövlət Təbiət Qoruğunun qara yazısı - Sahib Abdulkərimli

Qarayazı Dövlət Təbiət Qoruğunun qara yazısı - Sahib Abdulkərimli Direktor qoruğun ərazisini otlaq sahəsinə çevirib, qiymətli ağaclar isə ucdantutma məhv edilir Dövlət təbiət qoruqları nadir təbiət obyektlərini qoruyub saxlamaq məqsədilə yaradılır. Həmçinin bu ərazilərdən elmi-təcrübə mərkəzi kimi istifadə edilir. Həmin qoruqlardan biri də Qarayazı Dövlət Təbiət Qoruğudur. Azərbaycanın şimal-qərbində, Ağstafa rayonunda, Kür çayının sol sahilində yerləşən qoruq. Məlumatınız olsun ki, Qarayazı Dövlət Təbiət Qoruğu 1978-ci il mart ayının 2-də təşkil olunub. Ümumi sahəsi 4,86 min ha, o cümlədən meşəlik sahəsi 3,48 ha-dır. Qoruğun sahəsini əsasən Tuqay meşələri, keçmiş əkin, örüş yerləri və boş sahələr təşkil edir. Qoruqda məşhur Qarayazı meşələrinin təbiət kompleksi qorunur. Kürətrafı meşələrin mühafizəsi üçün tədbirlər ilk dəfə Ağstafa rayonundakı Qarayazı meşələri sahəsində həyata keçirilməyə başlanıb. Daxil olan məlumatlarda bildirilir ki, Qarayazı Dövlət Təbiət Qoruğu hazırda direktor Sahib Abdulkərimlinin əsarəti altındadır. «Bu adam əvvəllər Bakıda işləyib. Bir neçə il əvvəl isə qoruğa direktor təyin edilib. Onun gəlişindən sonra qoruqda vəziyyət pisə doğru dəyişib. Sahib Abdulkərimli qoruğu bura yaxın kənd əhalisinin örüş yerinə çevirib. Əvvəlki müdirlər iri buynuzlu mal-qaranın hər birinə ayda 2 manat, xırda buynuzlu heyvana isə 1 manat haqq qoymuşdularsa, Abdulkərimli bu qiymətləri 3 dəfə artırıb. Deyilənə görə, qoruqda ən azı 500 baş iri buynuzlu, 1000-ə yaxın xırda buynuzlu heyvan otlayır. Sahib müəllim qoruqda kimlər tərəfindənsə yetişdirilmiş qiymətli ağacların, nəsli kəsilməkdə olan nadir heyvanların da qənimidir. Eyni zamanda, bura ovçuluq məkanına da çevrilib. Əlbəttə, onun qoruğu dağıtmaq məqsədi olmasaydı, Bakıdan Ağstafaya üz tutmazdı. Bu adam qoruqdakı qiymətli ağacları kəsdirərək material kimi pullu adamlara satdırır. Keçən il onun fəaliyyətini yoxlayan aidiyyəti qurumların rəsmiləri çoxlu nöqsanlar aşkara çıxarmışdılar». Deyilənə görə, Sahib Abdulkərimlinin işi bir müddət əvvəl prokurorluğa düşüb: «Onun işi çətinə düşmüşdü. Amma son anda prokurorluq sistemində işləyən yaxın qohumunun hesabına birtəhər vəziyyətdən çıxmağı bacardı. Sahib Abdulkərimlinin çalışdığı sahədən qətiyyət başı çıxmır. Bu adam sırf öz maraqları üçün çalışır. Nəticədə Qarayazı Dövlət Təbiət Qoruğu məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb». Ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri düzgün işləməyi bacarmayan qoruq müdiri ilə bağlı tezliklə müvafiq tədbirlər həyata keçirəcəklər.
Qarşı tərəfin də cavab haqqını tanıyırıq.
xalqxeber.azшаблоны для dle 11.2
Tarix: 13-05-2016, 21:41




Xəbər lenti