“Sanksiya büdcəsi” parlamentdə müzakirəyə çıxarılır

“Sanksiya büdcəsi” parlamentdə müzakirəyə çıxarılır “Bu günlərdə Milli Məclisdə 2018-ci ilin büdcə layihəsinin müzakirəsinə start veriləcək. Gələn ilin büdcə layihəsində maliyyə sanksiyalarından daxilolmalar 140 milyon manat proqnozlaşdırılıb. Bu ötən ilki məbləğdən 39 milyon manat çoxdur. Bu o deməkdir ki, gələn il məcburi ödənişlər edən sahibkarlara vergi və digər qanunvericiliyi pozmalara görə ən azı 187 milyon manat məbləğində maliyyə sanksiyası tətbiq olunmalıdır ki, onun da 75 faizi, yəni 140 milyon manatı büdcəyə çatsın. Çünki, bu sanskiyaların 25 faizi onun icra edən dövlət orqanının həvəsləndirmə fondunda toplanır. Müqayisə üçün onu da bildirmək istərdim ki, növbəti ildə büdcəyə maliyyə sanksiyalarından daxil olmalar hüquqi şəxslərin torpaq vergisindən 2,8 dəfə, yol vergisindən 1,5 dəfə, dövlət rüsumundan 1,3 dəfə, mədən vergisində 6 faiz çoxdur. Demək olar ki, növbəti il üçün maliyyə sanksiyaları artıq büdcə mədaxilindən bəzi vergi və rüsumlardan daha çox proqnozlaşdırılıb.

Yeri gəlmişkən onu da qeyd edim ki, yuxarıda açıqlanan məbləğə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalarа görə dаxilolmаlаr aid deyildir. Görünür həmin mənbədən yığılan vəsaitlər başqa büdcəyə yönəldirlər, əks təqdirdə dövlət büdcəsində bu mənbədən daxilolmalar üzrə məlumatlar əsk olunardı.”
Tarix: 21-10-2017, 21:35




Xəbər lenti