Büdcə layihəsinin parlamentdə müzakirəsi gecikəçək?

Büdcə layihəsinin parlamentdə müzakirəsi gecikəçək?

Ötən ilin bu günü növbəti ilin dövlət büdcəsinin layihəsi Maliyyə Nazirliyinin saytında təqdim olunmuşdu. 

Reyting.az bildirir ki, bunu özünün Facebook səfisəində Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu yazıb.

Onun bildirdiyinə görə, bu il isə gələn ilin büdcəsi ilə bağlı son məlumat sentyabrın 24-də yayılıb.

“Məlumatda bildirilir ki, Azərbaycanın baş naziri 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2019-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında sərəncam imzalayıb və göstəriş verib ki, gələn ilin büdcəsinin layihəsi "Büdcə sistemi haqqında” qanunun 12-ci maddəsində nəzərdə tutulan müvafiq materiallarla prezidentə təqdim edilsin.

Büdcə layihəsinin parlamentdə müzakirəsi gecikəçək?

"Büdcə sistemi haqqında” qanunun 13-cü maddəsinə görə, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Konstitusiyanın 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Milli Məclisin müzakirəsinə və təsdiqinə təqdim edilir”, - o vurğulayıb.

Onun fikrincə, indiyədək büdcə layihəsinin parlamentə təqdimatı ilə bağlı rəsmi məlumat açıqlanmayıb: “Nə Maliyyə Nazirliyinin, nə də Milli Məclisin saytında da bu barədə informasiya yoxdur. Bu isə o deməkdir ki, 2019-cu il üzrə dövlət büdcəsinin layihəsini oktyabrın 15-dək parlamentə təqdim etməyi nəzərdə tutan "Büdcə sistemi haqqında” qanunun 13-cü maddəsi pozulur. Bu isə büdcənin parlament müzakirəsinin gecikməsinə gətirib çıxaracaq”.
шаблоны для dle 11.2
Tarix: 21-10-2018, 15:49




Xəbər lenti