Neft ölkələri gözləyir: OPEC müzakirəni dayandırdı, nazir Peterburqa uçdu: QƏRARI PUTİN ŞƏXSƏN VERƏCƏK


Neft ölkələri gözləyir: OPEC müzakirəni dayandırdı, nazir Peterburqa uçdu: QƏRARI PUTİN ŞƏXSƏN VERƏCƏK 

OPEC Rusiya prezidenti Vladimir Putinin neft hasilatının azaldılması ilə bağlı qərarını gözləyir. Bundan sonra neft hasilatındakı azalmalarla bağlı yekun qərar qəbul olunacaq.

Cebhe.info “Bloomberg”-ə istinadən bildirir ki, Vyanda keçirilən toplantıda gözlər Moskvadan gələcək xəbərə dikilib: “Moskva hasilatın azaldılması qərarına könülsüz razılaşır, son qərarı isə Putin şəxsən verəcək”.

“Bloomberg”  yazıb ki, energetika naziri Aleksandr Novak Sankt-Peterburqa gedəcək və orada Pitunlə oprativ müzakirə aparılacaq. Ancaq bundan sonra OPEC müzakirəni davam etdirəcək.

Xatıladaq ki, ilkin olaraq sutkada hasilatn 1,3 milyon barel azaldılması nəzərdə tutulur ki, bunun da azı 300 min bareli Moskvanın payına düşür.

шаблоны для dle 11.2
Tarix: 6-12-2018, 15:15




Xəbər lenti