Qaza və işığa qoyulan limit ləğv edilsinmi? - VİDEOSORĞU


Hazırda həm cəmiyyətdə, həm də mediada müzakirə olunan əsas sosial məsələlərdən biri də təbii qaz və elektrikdən istifadəyə tətbiq olunan limitin ləğv edilməsidir. Məlum olduğu kimi, təbii qazın istehlakı ilə bağlı illik 1700 kubmetr limit müəyyən olunub və o limiti keçdikdən sonra qazın qiyməti 10 qəpikdən deyil, 20 qəpikdən hesablanır.

Elektrik enerjisi ilə bağlı limit isə aylıq müəyyən olunub. Belə ki, aylıq 300 kilovat-saatlıq limit aşıldıqdan sonra, 7 qəpikdən deyil, 11 qəpikdən hesablanır. Havaların soyuq keçdiyi ilk aylarda bir çox hallara əhali təbii qazla bağlı verilən limiti tükətmiş olur. Xüsusən Bakıətrafı kənd və qəsəbələrdə, regionlarda əhalinin aztəminatlı təbəqəsi, yüksək qiymətlə ödəmə imkanı olmayanlar bir çox hallarda qazdan imtina edərək, ağacları qırır, odundan yanacaq kimi istifadə edib evi qızdırırlar. Bütün bunlar təbii qazdan və elektrikə qoyulan limitin ləğvini gündəmə gətirir. Güman edilir ki, hökumətin sosial sahədə verdiyi ardıcıl qərarların davamı olaraq, kommunal xidmətlərlə bağlı limit də ləğv oluna bilər.

Bəs görəsən, əhalinin kommunal xərcləri nə qədərdir? Aylıq istifadə zamanı limiti keçirlərmi? Qaz və işığa qoyulan limitin ləğvi ilə bağlı nə düşünürlər?

Musavat.com olaraq , bu sualla paytaxt sakinləri arasında sorğu keçirdik.

Respondentlərin maraqlı cavablarını təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz



шаблоны для dle 11.2
Tarix: 17-03-2019, 23:37




Xəbər lenti