Azərbaycanda müəllimlə deputatın maaşı arasında nə qədər fərq var? - İnanılmaz RƏQƏMLƏR

 
Bu ilin ilk yarısına olan məlumata görə Azərabaycanda təhsil sektorunda çalışan işçilərin orta aylıq əmək haqqı 401 manat 20 qəpik olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dövlət sektorunda işləyən təhsil işçilərin orta aylıq əmək haqqı 393 manat 30 qəpik təşkil edib. Bu məbləğin 14%-i vergiyə, 3%-i sosial sığortaya, 2%-i isə Həmkarlar Təşkilatına olan üzvlük haqqına ayrılır. Nəticədə təhsil işçilərin aldıqları əmək haqqı 318 manat 60 qəpiyə bərəbar olub.
Məlumat üçün bildirək ki, Azərbaycanda təhsil sektoru əmək haqqının ən aşağı səviyyədə olduğu sahələrdən biridir. 
Onu da bildirək ki, Azərbaycanda ən yüksək əmək haqqı alan şəxslər arasında Milli Məclis deputatları ilk sırada yer alır. Məsələn, Milli Məclis Sədri ay ərzində maaş və əlavələrilə birgə 6 600 manat alır və bu vəsait vergidən azad olunur.
Milli Məclisin deputatının ay ərzində aldığı pul vəsaiti isə 4 078 manata bərəbardir və bu vəsait də vergidən azaddır.
Rəqəmlərdən də göründyü kimi, təhsil işçilərinin əmək haqqı ilə Milli Məclis Sədrinin əmək haqqı arasında 21 dəfə, deputatın aldığı əmək haqqı arasında isə 13 dəfə fərq var.шаблоны для dle 11.2
Tarix: 10-09-2019, 23:45




Xəbər lenti