Koronavirusdan “iqtisadi bombardman”: Dünya yeni böhranla üz-üzə...




Koronavirus xəstəliyinin dalğavari şəkildə genişlənməsi dünyanı yeni iqtisadi böhran təhlükəsi ilə üz-üzə qoyub.

 

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, artıq koronavirus təhlükəsi ilə əlaqədar olaraq dünyada neftin qiymətinin sürətlə enməsi müşahidə olunur. Buna səbəb dünyada neftə olan tələbatın kəskin surətdə aşağı düşməsidir. Proqnozlara görə, neftə olan tələbat qarşıdakı aylarda da azalmaqda davam edəcək ki, bu da qiymət azalması ilə paralel müşahidə ediləcək.

 

Beynəlxalq agentliklərin apardığı araşdırmalar koromavirusun səbəb olacağı iqtisadi böhranın 2008-2010-cu ilin maliyyə böhranından daha ağır nəticələrə səbəb olacağı ehtimal edilir. Mütəxəssislərin fikrincə, məlum böhran Çindən ABŞ-a qədər bütün ölkələrin iqtsiadi həyatını mənfi mənada təsir göstərəcək, böyük maliyyə itkisinə yol açacaq.

 

Araşdırmalara görə, koronavirusun meydana çıxması yalnız qızılın qiymətində artıma səbəb olub və bu artımın yaxın gələckdə davam edəcəyi gözlənilir.

 


шаблоны для dle 11.2
Tarix: 24-02-2020, 15:55




Xəbər lenti