"Karantin büdcəsi": Hansı xərcləri azaldaq? - “Bir ayı ancaq bu cür yola verə bilərik”

 
Bildiyimiz kimi, hazırda Azərbayda koronavirusla mübarizə aparmaq üçün xüsusi karantin rejimi tətbiq olunur.

İctimai iaşə obyektlərinin, ticarət, istirahət və əyləncə mərkəzlərinin, fəaliyyəti məhdudlaşdırılıb. Bu isə iş yerlərinin bağlanmasına, nəticədə insanların iş yerlərindən və gəlir mənbələrindən olması ilə nəticələnib.

Ekspertlər, sosioloqlar ailə büdcəsinə qənaət edilməsini məsləhət görürlər. Maraqlıdır, bəs ailə büdcəsinə necə qənaət edək?

Cebhe.info-nun sualını cavablandıran “Altay” İqtisadi Araşdırmalar Mərkəzinin sədri Elçin Bayramlının fikrinə görə, əvvəlki günlərdən fərqli olaraq, bu günlər qeyri-qida mallarının alınması azaldılmalıdır:

“Təbii ki, əvvəlki vaxtla müqayisədə bəzi xərclər azalıb, bir çox insan işə getmir, bu isə nəqliyyat və yemək xərclərinin azalması deməkdir. Həmçinin bu müddətdə kommunal ödənişlərdə, kredit borclarının ödənişində güzəştlər də olacaq. Əvvəllər gündəlik tələbat olmayan malları alırdıqsa, bu günlərdə belə hallardan qaçmalıyıq, yəni bir sıra şeylərdən müvəqqəti imtina etmək olar. Ümumiyyətlə, dünya tarixinə bundan da ağır hadisələr olub, daha səbrli və təmkinli olmaq lazımdır. Daha çox qənaət etməklə, düşünürəm ki, 1 ayı yola verə bilərik. Digər tərəfdən, işsizlər, əlillər üçün sosial paket hazırlanır, bəzi məlumatlara görə, dövlət ən azından 2,5 milyardlıq bir paket tətbiq edəcək. Bunlardan əlavə güzəştlər də olacaq. Həmçinin bələdiyyələr, xeyriyyə cəmiyyətləri də insanlara yardım edəcəklər. Ən azından köməyə ehtiyacı olan insanlar mətbuata, bizə müraciət etsinlər, müxtəlif orqanlardan, yardım fondlarından onlara köməklik olunmasına yardım edəcəyik. Hazırda ən böyük problem sağlığımızdır, özümüzü virusdan qorumağa çalışaq”.шаблоны для dle 11.2
Tarix: 2-04-2020, 10:42




Xəbər lenti