Azərbaycanlı məmurların bankir övladları - SİYAHI

Azərbaycanlı məmurların bankir övladları - SİYAHI Hər dörd uşaqdan biri “Gələcəkdə hansı peşəni seçmək istəyirsən” sualına “bankir olmaq istəyirəm” cavabını verir. Bəziləri maliyyəçi olmaq istəyini gerçəyə çevirə bilməsə də, bu sahədə uğur qazananların, irəli gedənlərin də sayı az deyil.

Siam.az ANV.az- istinadən bu dəfə bank sektorunda çalışan məmur övladlarından bəhs edəcək.

Son illərə qədər ölkənin ən gəlirli sahələrindən sayılan, dünya və regionda baş verən iqtisadi böhranın mənfi təsirləri nəticəsində hazırda çətin dövrünü yaşayan bank sektorunun məmur övladı olan “qəhrəmanları”ndan bəhs edəcəyik.

Səhiyyə naziri Oqtay Şirəliyevin yeganə oğlu Murad Şirəliyev 18 ildən artıqdır ki, bank sektorunda çalışır. 39 yaşlı nazir oğlu “Kapital Bank”da İdarə Heyəti sədrinin müavinidir. Nazirin qızı Nərgiz Şirəliyeva isə Rusiyada jurnalist fəaliyyəti ilə məşğul olur.

Baş nazirin müavini Abid Şərifovun oğlu Elçin Şərifov "Azərbaycan Beynəlxalq Bankı”nın Abşeron filialına rəhbərlik edir. Uzun müddətdir bankçılıq sahəsində çalışır. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İxtisasca maliyyəçidir.

Milli Məclisin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımlı ötən ilin ortalarına qədər Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun icraçı direktoru olub. Hazırda "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsini tutur.

Sabiq millət vəkili, “istiqlalçı deputatlar”dan olan Nürəddin Əhədovun oğlu Xalid Əhədov Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədr əvəzidir. Bir müddət öncə bu vəzifəyə təyinat alan X.Əhədov buna qədər “Azər-TürkBank” ASC-nin İdarə Heyəti sədri, “Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini, “Unibank” ASC-nin icraçı direktoru olub.

Məmurlarla yanaşı cəmiyyətdə xüsusi nüfuza malik şəxslərin də övladları arasında maliyyəçi olanlar az deyil.

Azərbaycan Respublikasının xalq artisti, bəstəkar Eldar Mansurovun oğlu Ülvi Mansurov 15 ildir bankçılıq sahəsində çalışır. Hazırda Azərbaycan Beynəlxalq Bankının rəhbərliyində təmsil olunan Ü.Mirzəyev buna qədər “Bank Technique” İdarə Heyətinin sədri olub və 3 il bu vəzifədə çalışıb. Siam.az
Tarix: 10-01-2017, 22:39




Xəbər lenti