Nazirin çəmbəri daralır, Qaradağın başçısına “vida mərasimi” hazırlanır- Detallar...

 



Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun biznesinin tədricən tərki-silah olunması onun ətrafındakı çəmbəri getdikcə daraldır

Cahan.info xəbər verir ki, nazirin “Gilan” holdinqinin əlindən çıxması, “Qafqaz” otellərinin ad dəyişməsi, “Qəbələ” klubunun eniş dövrünü yaşaması prosesin əlamətləridir.

Bu, Ziya Məmmədov taleyinin analogiyasına oxşayır. Amma belə tezliklə K.Heydərov erası bitməyəcək. Ən azından vəzifədə bir müddət qalacağı istisna edilmir.

Sadəcə, gedişat onun kuratoru olduğu bölgələrin icra başçılarını həyəcanlandırmaya bilməz. Lənkəran, Qəbələ, Astara, Neftçala, Qaradağ RİH-ləri narahatdırlar.

Çünki Ziya Məmmədovun da, Fazil Məmmədovun da vəzifədən gedən kimi nəzarətindəki rayonlar itirildi. Bu həssaslığı xüsusən də Bakının Qaradağ rayon icra başçısı, “Çakır” ləqəbli Süleyman Mikayılov hiss etməkdədir.

Xeyli zamandır ki, Qaradağa rəhbərlik edən S.Mikayılovun “vida mərasimi” hazırlanmaqdadır.

Məsələnin üzərindən cumhriyyet.net yazıb ki, icra başçısının ölkə rəhbərliyi yanında etimadını tam itib. O, aprelseçkilərindən sonra Dövlət Gömrük Komitəsinin sədri olmaq həvəsinə düşmüşdü. Lakin onu rədd cavabı verilib.

FHN şefi qeyri-rəsmi şəkildə ona bildirib ki, hətta Qaradağ belə böyükdür. İddialara görə, nazir Mikayılovun ayağını Azərbaycan Boks Federasiyasından da tamamilə kəsib.

Süleyman Mikayılov Azərbaycan Boks Federasiyasının vitse-prezidentidir. Federasiyanın prezidenti isə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur.

Mətbuatın yazdığına Mikayılov bu vəzifəyə seçilmək üçün avropalı həmkarlarından lobbi dəstəyi almağa görə yarım milyon manat xərc çəkib.

Avropa Boks Konfederasiyasının (ABK) Baş Assambleyasının iclasında Süleyman Mikayılov vitse prezident seçilib.

Lakin həmin məlumat ölkə mətbuatında, həmçinin hökümətyönlü aparıcı mətbu orqanlarda dərc olunduqdan bir neçə saat sonra Mikayılov istefa verib.

Cahan.info KİV-ə istinadla xəbər verir ki, Qaradağ rayonuna yeni icra başçısı gözlənilir. K.Heydərovun hakimiyyətinin qürub çağını yaşaması bu prosesi sürətləndirir.

Cumhuriyyet.net yazıb ki, S.Mikayılovun digər bir “günahı” isə Qaradağda sement itehsal edən “Norm” MMC-nin xammal yataqlarını bəzi işbazlara bilərəkdən satması olub.

Prezidentin qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı göstərişlərinə rəğmən, Mikayılov Qaradağ rayonunu ən iri investorlarından biri olan qarşı ögey münasibət sərgiləyibvə rayonda iri sement zavodunun rəsmi olaraq istismar üçün aldığı yataqları məcburi köçkünlərə satıb.

“Norm” MMC həmin xammal yataqlarını istismar etmək istəyən zaman isə Süleyman müəllim məcburi köçkünləri ora tökərək problem yaradır və yataqların istismarına imkan vermirmiş. Guya o yataqlardan məcburi köçkünlər çörəkpulu qazanırmış.

Lakin sonradan başçının bu oyunlarından respublika rəhbərliyinə şikayət edilmş və nəticədə Mikayılov geri çəkilməyə məcbur olmuşdu.

Bütün bunlar Süleyman Mikayılovun Dövlət Gömrük Komitəsinin sədri olmaq üçün əsas əngəllərdən hesab olunub və onun diqqətinə çatdırılıb.

Odur ki, Süleyman Mikayılovun Qaradağ rayon İcra Hakimiyyəti vəzifəsindən alınması da gündəmdədir. Süleyman Mikayılovdan ölkə rəhbərliyinə edilən çox saylı şikayətlər onun tezliklə dəyişdiriləcəyini qaçılmaz edir.

İddia olunur ki, Süleyman Mikayılovun yerinə əsas namizədlərdən biri Milli Məclisin üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovdur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


шаблоны для dle 11.2
Tarix: 14-11-2018, 21:19




Xəbər lenti