...iqtidar oliqarxiyanı arxivə göndərir - pərdəarxası

 


 
Azərbaycanda məmur oliqarxiyasının “dalağı sancıb”.
Anaxeber.İnfo-nun Analitik Şöbəsinin yaydığı məlumata görə, onlar təkcə vəzifələrdən azad olunmurlar. Eyni zamanda əllərindəki korporasiyalar müsadirə olunur ki, gələcəkdə təzyiq vasitəsi kimi istifadə olunmasın.
Məgər tarixdə azdır, eləcə də Azərbaycanda dişini dişinə qıcıyıb, iqtidardan qisas almaq istəyən keçmiş pullu məmurlar var ki, X gününü gözləyirlər. Odur ki, siyasi texnoloqların strategiyası kifayət qədər ağlabatandır - oliqarx məmur “bir həsir, bir məmmədnəsir” gününə düşməlidir.
Hakimiyyətin referendumdan sonra yenidən bölüşdürülməsi və kapitalın hakim elitanın əlində cəmləşməsi prosesi sürətlə yüksək çinli məmurların hesablarının sıfırlanması ilə müşayiət olunmağa başladı.
Hiper marketlər, iri müəssisələr, zavodlar, otellər, restoranlar şəbəkəsi, gömrük nəzarəti, bank sistemində təmərküzləşmə bu iqtisadi prosesin göstəricisi idi. Hakimiyyət Kəmaləddin Heydərovlar, Ziya Məmmədovlar, Eldar Mahmudovlar görmək istəmir.
Aprel seçkilərindən sonra Nazirlər Kabinetinin yenilənməsi və gənc kadrların yüksək postlara çəkilməsi də məhz iri fiqurların “vurulması” ilə bərabər əllərindəki kapitalı almaq idi.
Fillərin vurulması ilə hakimiyyətdə qruplaşmalar siyasətinə son qoyulacağını söyləmək olar. Nəhayət ki, yalnız vahid mərkəzdən verilən təlimatlarla qərarlar yerinə yetiriləcək.
Halbuki, qruplaşmaların didişmələri hakimiyyətdaxili prosesə ciddi təsir edirdi. Məsələn, Ha Rəcəbli baş nazir təyinatı ilə bağlı söyləmişdi ki, Novruz Məmmədov heç bir qruplaşmaya daxil deyil.
Bu N.Məmmədova işarə deyildi, iqtidarda qruplaşmaların mövcudluğuna eyham idi. Lakin 2013-dən başlayaraq və 2016-dən intensivləşən anti-oliqarxiya siyasəti bu gün çılpaqlığı ilə diqqət çəkir. Bir zamanlar çox qüdrətli görünən nazirlər, məmurlar indi kimisi namaz qılır, kimisi canı ilə əlləşir, kimidə nəvələrinə baxır.
Hardadır vaxtilə böyük görünən Etibar Pirverdiyev, Əli Həsənov, Misir Mərdanov, Füzuli Ələkbərov, Əli Abbasov, Eldar Mahmudov,Fazil Məmmədov, Səlim Müslümov, Ziya Məmmədov, Heydər Əsədov, Heydər Babayev, İsmət Abbasov, Hacıbala Abutalıbov, Abid Şərifov, Fatma Abdullazadə, Vahid Əliyev və s. ilaxır...
İlham Əliyev prezidentliyinin 15-ci ilində onların hamısı ilə vidalaşdı. Növbəsini gözləyənlərdən Kəmaləddin Heydərov, Kərəm Həsənov, Cahangir Əsgərov, Elman Rüstəmov, Oqtay Şirəliyev və bəzi orta ranqlı məmurlardırlar.
Bu dəyişikliklərin müsbət tərəfi həm də şəffaflıqla əlaqəlidir. Prezident artıq büdcəni talamış və inhisarçılığı ilə iqtisadiyyatı məhv eləmiş məmur oliqarxiyasına “qan qusdurur”.
“Gətirin, qaytarın” tələbi artıq müşahidə olunmaqdadır və hökumət nümayəndələri, deputatlar da açıq şəkildə büdcə ilə bağlı, sosial problemlərin həllində yaranmış əngəllər haqda danışarkən birbaşa korrupsiyaya bulaşmış məmurları nişan göstərirlər.
O halda İnam Kərimov, Sahil Babayev və Şamaxıya yeni gələn Tahir Məmmədov kimi kadrlar daha ümidvericidir. Əvvəla, onlar qruplaşmalara qoşulmayıblar.
İkincisi, işləməyə həvəslidirlər. Üçüncüsü, onların xarici əlaqələri yoxdur və hakimiyyəti sıxmaq, şantaj eləmək kimi ruporları əllərində deyil.
Onlar prezidentə sədaqət göstərməkdə istəklidirlər ki, tezliklə vəzifədən çıxarılmasınlar. Çünki S.Babayev anlayır ki, S.Müslümov işdən çıxarılıbsa, onu azad etmək daha asan olacaq.
Anaxeber.İnfo-nun Analitik Şöbəsinin yaydığı məlumata görə, Azərbaycan siyasətində klan ifadəsi artıq silinməyə başlanır. Hakimiyyət bütöv və qruplaşmaların qarşıdurmaları olmadan ömrünü sürmək xəttini seçib.
Hakim elita oliqarxiyanın idarəçilik üçün nə dərəcə təhlükəli olduğunu hesablamaqdadır. Məmurlar oliqarxlaşdıqca qınından çıxırlar və siyasi ambisiyalar baş qaldırır, ordulaşma prosesinə əl atırlar.
Həmin nazirlərin ölkənin daxili və xarici siyasətinə etdiyi pisliklər, vurduqları zərbələr də göz qarşısındaydı. İ.Əliyevə daxili və xarici siyasətin yürüdülməsində hansı dəstəkləri olmuşdu?
Əksinə, xəyanət etmişdilər ki, bu da klanların yaranmasının fəsadlarıdır. Ona görə də Azərbaycan siyasəti klansızlaşdırılır. Qonşu Rusiya siyasətində də klanlar, qruplaşmalar çoxdan arxivə göndərilir.
Maliyyə sıxıntıları göstərdi ki, hakimiyyətin böhran vəziyyətində ciddi idarəetmə planı yoxdur. Və neft ucuzlaşdıqca yalnız iqtisadi deyil, hakimiyyətdaxili böhran da özünü büruzə verməyə başladı.
Dəfələrlə ruspərəst qruplaşmalar anti-Qərb ritorikasını gücləndirib, süni gərginlik yaratmağa cəhd ediblər, iqtisadi sabotajla məşğul olublar. Bu kimi neqativ halların aradan qaldırılması siyasəti davam edir və kimsə hakimiyyətin birinci şəxsinə hansısa xain planları qura bilməz.
Beləliklə, parlament seçkilərindən sonra biz hakim arsenalı daha aydın görəcəyik. Çünki Milli Məclisin tərkibində artıq oliqarx-nazirlərə yaxın deputatlar, bizneslə məşğul olan parlamentirlər az görünəcəklər.
шаблоны для dle 11.2
Tarix: 14-11-2018, 22:22




Xəbər lenti