Zakir Fərəcovun son illərdə əməllərinin – Statistikası…

 Sumqayıt şəhər rəhbəri Zakir Fərəcov son həftələr ən çox xoşagəlməz xəbərlərlə medianın diqqət mərkəzinə gəlir. Adətən belə xronologiya həmin məmurun president tərəfindən işdən azad edilməklə cəzalandırılması ilə müşayiət olunur. Son həftələrdə nələr olub? AzEuroNews.com statistikanı hazırlayıb:
  1. Sumqayıtın “Elmar Vəliyev”i adlanan Zakir Fərəcov Qarabağ əlillərini qəbul edib. Bu barədə Qarabağ veteranı, jurnalist Rey Kərimoğlu feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, icra başçısı görüşdə onlarla çox kobud rəftar edib. Yeznəsi – Sumqayıt nəqliyyatının “bosu” Xannı Rüstəmovun sözü ilə hərəkət edib. Nəticədə 15 nəfər Qarabağ əlilinin və şəhid ailəsi yenə çörəksiz qalıb!
R.Kərimoğlu: “Adam hələ də etdiyi qəbahəti, ədalətsizliyi anlamır! Axı o dəfə yazdım ki, ağsaqqalı, qarasaqqalı bunu başa salsın! Sonra çox gec olacaq! Çünkü dəvədən böyük fil də var axı”.
  1. İH-dən gələn təlimat əsasında təhsil ocaqları binaların bloklarında təmir xərclərini ödəməlidir. Sumqayıt gimnaziyası 6 blok, “İstedad” liseyi 6 blok, Texniki və təbiət elmləri üzrə lisey 6, “Təfəkkür” 6 blok öz vəsaiti hesabına təmir etməlidir.
Eyni zamanda bağçalar 4 blokları təmirə etməlidir. Bu, Z.Fərəcovun ilk belə göstərişi deyil. Ötən tədris ilində məktəblər 3 min manatdan Sumqayıt bulvarının yenidənqurulması  üçün vermişdilər.
Ümumiyyətlə, Sumqayıtda binaların bloklarının təmiri iki ildir ki, həkimlərə və müəllimlərə həvalə olunub. Nəticədə şəhər büdcəsindən ayrılan vəsaitlər mənimsənilir.
Hərçənd ki, 13 oktyabr 2015-ci ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 3,7 milyon manat ayrılmışdı.
15 dekabr 2015-ci ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi üçün 5 milyon manat pul ayrılmışdı.
03 mart 2016-cı ildə Prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə 9 milyon, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon manat pul ayrılmışdı.
  1. Baş prokurorun keçmiş birinci müavini, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli Sumqayıtın icra başçısı Zakir Fərəcovun əməlləri haqda yazdıqları:
Belə ki, 3 avqust 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AZƏRTAC-a belə bir məlumat daxil olmuşdur ki, dövlət xadiminin xidməti fəaliyyətinə son qoymaq məqsədi ilə sui-qəsd etməyə cəhd, yəni, terror aktı törətmək istəyən Arif Aslanov və Məmmədhəsən Ağayev Azərbaycan Resğublikası Cinayət Məcəlləsinin 277-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmişlər.
İstintaq müəyyən etmişdir ki, Arif Aslanov Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin rayonlararası texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin rəisi vəzifəsində işləmişdir.
Fəaliyyəti zamanı xidməti işləri ilə əlaqədar Abşeron rayon icra hakimiyyətinin başçısı Z.Fərəcovla aralarında ciddi narazılıqlar yaranmışdır.
İstintağın yazdığına əsasən, 2005-ci ilin noyabr ayının sonları- dekabr ayının əvvəllərində Z. Fərəcova sui-qəsd etmək qərarına gələn A.Aslanov tanışı M.Ağayevə bu barədə sifariş etmiş və 60 min ABŞ dolları vəd edərək avans kimi 40 min ABŞ dolları vermişdir.
Müəyyən hazırlıq işləri görən M.Ağayev əlavə daha 40 min ABŞ dolları tələb etmişdir. A.Aslanovun əlavə məbləğdə pul verməkdən imtina etməsi səbəbindən Z.Fərəcova qarşı terror aktı baş tutmamışdır.
Bu quldur dəstənin rəhbərliyi ilə Z.Fərəcovun əlaqələri ən yüksək səviyyədə olduğundan istintaq tərəfi ona müsbət münasibətini bir daha nümayiş etdirmişdir.
Məhz dağıdılmış nazirliyin rəhbəri , hüdudsuz cinayətlər törətmiş, bu gün də məsuliyyətdən kənarda qalmış E.Mahmudovun tapşırığı ilə A.Aslanova heç bir güzəşt edilməmiş, əksinə , əlavə maddələr də yükləməklə ona 11 il 3 ay azadlıqdan məhrum etmə cəzası verilmişdir.
Bu zaman onun ilk dəfə cinayət törətməyə cəhd etməsi, ailə vəziyyəti, eləcə də xəstəliyi nəzərə alınmamış, ömürlük gedər gəlməzə göndərilmişdir.
Çox keçmir, A.Aslanovun bir sıra xəstəlikləri, xüsusən də böyrək çatışmazlığı şiddətlənir, lakin, müalicəsinə lazımı şərait yaradılmır.
Vəziyyəti getdikcə ağırlaşdığından və müalicə müəssisəsində lazımı şərait olmadığından A.Aslanov həftədə 3 dəfə dializ olunmaq üçün Mərkəzi Neftçilər Xəstəxanasına aparılır.
A.Aslanovun səhhəti ağır olduğu halda, məhkəmə onun barəsində qanunsuz olaraq həbs qətimkan tədbiri seçir, faktiki onu işgəncəyə məruz qoyur , bununla da göz görə-görə ölümə məhkum edir.
Sözsüz ki, belə qəddar münasibətdə tifaqı dağıdılmış nazirlik rəhbərliyinin də xofu az rol oynamır. Beləliklə də vaxtında zəruri tibbi yardım ala bilməyən A.Aslanov çox keçmir ki, xəstəxanada dünyasını dəyişir.
Bu gün tam toxunulmaz hesab edilən Z.Fərəcovun saysız hesabsız qanunsuz əməllərindən birini də Bayram Şərifovla bağlıdır.
Xırdalan şəhərinin 3 nömrəli Mənzil İstismar İdarəsinin rəisi olmuş Bayram Şərifov torpaq alınması məqsədi ilə vətəndaşlardan 200 min manat pul alaraq aidiyyatı ünvana çatdırır.
Müəyyən müddət keçsə də torpaq məsələsi həllini tapmır. Belə olduqda B.Şərifov bir neçə dəfə Z.Fərəcovun qəbulunda olur, məsələnin həll olunmasına cəhd edir. Sonradan dəfələrlə cəhd etsə də, başçı ilə görüşə nail ola bilmir.
Növbəti dəfə də başçı ilə görüşməyinə imkan verilmədikdə, o, əlacsız qalıb İcra hakimiyyətinin inzibati binasi ilə üzbəüz tərəfə keçərək özünə “ Vinçester “dən atəş açır, qarın nahiyyəsindən ağır yaralanır. Tam sağalmasa da, borcluların əlindən baş götürüb Almaniyaya qaçır.
  1. ŞİH-nin 9 aylıq hesabatında qeyd olunub ki, şəhər əhalisinin və təsərrüfat subyektlərinin təbii qazla fasiləsiz təmin edilməsi məqsədilə mövcud qaz nəqletmə sisteminin təmiri, ayrı-ayrı hissələrin yenidən qurulması, sistemin istismara yararlı halda saxlanılmasına yönəldilmiş tədbirlər həyata keçirilib.
Lakin sumqayıtlılar qaz üzünə həsrətdirlər. Hər gün abonentlər sosial şəbəkələrdə qazın olmadığı, xüsusən qış aylarında əzülm çəkdiklərini yazırlar.
Ümumiyyətlə, şəhərin qaz, su, işıq problemləri bitmək bilmir. Əhali habelə təhsilin bazara çevrilməsi, səhiyyənin rüşvət içində çabalaması, mədəniyyət klublarının, kitabxanaların baxımsızlığı nəticəsində ayrılan vəsaitlərin mənimsənilməsi haqda narazılıqlar edirlər.
Bu problemlərin yaranmasında şəhərin hakimi Z.Fərəcovla bərabər Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyinin rəis əvəzi Gündüz Əliyev, Sumqayıt Elektrik Şəbəkəsinin baş mühəndisi Arzuman İsmayılov, “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsinin rəisi Namiq Tarverdiyev, Sumqayıt Su Kanal İdarəsinin rəisi Darvin Hüseynov, Sumqayıt Şəhər İstilik Təsərrüfatı İdarəsinin müdiri Aftandil Nuriyev, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdir əvəzi Ramin Abbasov, Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, Sumqayıt Şəhər “Lift-Servis” Birliyinin rəisi Cümşüd İsmiyev Sumqayıtda bütün infrastrukturu iflic ediblər.
  1. “AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov Z.Fərəcovla bağlı açıqlaması:
İlk olaraq, bizim evləri dayandırdı, iki ay sonra icazə verdiyi evləri sökdürməyə başladı. Polis rəisi məni tutmaqla hədələyib, şöbədə xeyli saxladı. İdmançı olmağım meni xilas etdi həmin vaxt.
Prezidentə müraciət yazdım, surətini başçıya verdim. Açığı, prezidentə göndərməyi özümə sığışdırmadım. Qorxutmaq üçün belə etdim. 300 000 manat ziyana düşdüm. Ən çətini sakinlərə çıxarış verə bilməməyim oldu.
“AAAF Park” layihəsinə başlayanda fikirləşdim ki, bu, kiçik evlər deyil. Obyekti əlimdən almaq istəyəcəklər.
Bilirdim çox çətin olacaq, ona görə bu Quran ayəsini reklam kimi böyük ölçüdə parkın hər yerinə vurdum və niyyət etdim ki, burada hər şey Allah rızası və ağır atletikanın inkişafı üçün olacaq.
Sərəncam almağa gedəndə, Zakir müəllim əsəbiləşmişdi ki, mən oranı cənab prezidentə demişdim, bankdan alacaqdım və 200 milyon pul qazanacaqdım. Aramız yaxşı idi, dedim müəllim başqası almayıb ki, mən almışam, narahat olmayın.
Əslində gec bildim ki , Beynəlxalq Bankın əlindən almaq istəyirmiş bu obyekti. Yoxsa həqiqətən bu işə girişməzdim. Bir də baxdım ki, bu adam bu qədər bunun üçün iş gördüyüm halda “Sevil Massivi” ilə birgə mənim də “torbamı tikib”.
Məni ləkələmək üçün hər yola əl atdılar. Özləri problem yaradıb, “moşennik” kimi bizləri qələmə verməyə çalışırlar. Şərəfsizlərin dərsini tək verən insanam.
Çox istəyiblər ki, qaçam Azərbaycandan, amma bunu görməyəcəklər. Və bu gün bilirəm ki, respublikanı biz düzəltməsək, gələcək nəsillər bizi bağışlamayacaq”.
  1. Daşkəsənin icra başçısı Əhəd Abıyev həbs edilən “Gündəlik Bakı”nın baş redaktoru Habil Vəliyev haqda danışarkən: “Bəli, onlar da vaxtı ilə “reket” fəaliyyətlə məşğul olurdular, mənim onlardan şikayətim olub. İndi öz cəzalarını çəkirlər.
Hətta, məhkəmədə də onları udmuşam. Sonra Habil özü ağsaqqal tapıb gəlib mənimlə barışmağı istəyib. Sumqayıtın indiki icra başçısı olan Zakir Fərəcova demişdi.
Zakir müəllim də məndən xahiş etdi ki, əmioğludur, Habili bağışla, mənə görə keç günahından. Mənim kəndçim, yerlimdir… Mən də Zakir müəllimə dedim ki, baş üstə, edərəm!”
  1. “9 aydır müxtəlif qəzetlər, saytlar sifarişlə məni şantaj edirlər. O insanlar mənə bəllidir: Sifariş verənlər də, idarə edənlər də”. Bunları baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənov nəvəsinin Sumqayıtda yaşıllıq ərazini məhv etməsi ilə bağlı KİV-lərdə yayılmış xəbərlərə reaksiya verərkən demişdi.
Media yazırdı ki, Əli Həsənov ad çəkməsə də, hadisələrin təhlili, müşahidələr, eləcə də yayılan bəzi informasiyalar onun bu zaman Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovu nəzərdə tutduğunu söyləməyə əsas verir. Niyə?
Əvvəla, Əli Həsənovun ailə üzvlərinin Sumqayıtdakı yaşıllıqları məhv etdiyinə dair məlum şikayətlərdə, yazılarda bunun qarşısını almayan (Halbuki vəzifə borcudur-müəl.) İH başçısı nəinki tənqid edilir, əksinə, hətta guya bu qanunsuzluqlardan tamamilə xəbərsiz olduğu iddia olunur.
Və dolayısıyla Zakir Fərəcov yaşıllıqların qoruyucusu, eyni zamanda Sumqayıtı “Əli Həsənovun ailə üzvlərinin işğalından” qurtaracaq xilaskar kimi təqdim olunur.
Həm Əli Həsənov, həm də Zakir Fərəcov Sumqayıtda böyük təsir gücünə malikdirlər. Hər ikisinə bağlı olan qruplar, imkanlı və nüfuzlu, həmçinin vəzifəli şəxslər var. Əli Həsənovun özünün və ailə üzvlərinin biznesinin əhəmiyyətli hissəsi də məhz Sumqayıtda yerləşir.
Elə Zakir Fərəcovun da yaxınlarının, ailə üzvlərinin bizneslərinin böyük hissəsi Sumqayıt və Abşerondadır.
Biznes maraqlarının toqquşması zaman-zaman bu oliqarx-məmurların yaxınları, çevrələrini üz-üzə gətirib.  Hətta 5-6 il əvvəl Həsənovlarla Fərəcovlar arasında bütün Sumqayıtda danışılan kütləvi dava da baş verib.
Zakir Fərəcov Sumqayıta icra başçısı keçdikdən sonra onun şəhərdə mütləq hakimiyyətini qurmasına əsas maneələrdən birinin də Əli Həsənov və yaxınları olduğu bildirilir. Hətta çox çalışsa da, Əli Həsənovun Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisi işləyən qardaşı İlyas Həsənovun vəzifəsindən götürülməsinə razılıq ala bilmədiyi də iddia edilir.
Bu statistik materiallar Z.Fərəcovun fəaliyyətinin, haqqındakı iddiaların yarısıdır və internet resurslarında axtarış verməklə bir o qədər də neqativ informasiyalara rast gəlmək mümkündür.
Azərbaycanda hazırda E.Vəliyevdən sonra barəsində bu qədər mənfi informasiyalar olan ikinci məmur Z.Fərəcov olduğu bildirilir. Sumqayıt rəhbərliyinin mövqeyini dərc edə bilərik.шаблоны для dle 11.2
Tarix: 28-11-2018, 15:44




Xəbər lenti