İqtidar da xalq kimi bu deputatlardan bezib

 


 
Hakimiyyət bu parlamentlə tezliklə vidalaşmaq istəyində görünür. Növbədənkənar parlament seçkilərinin gündəmə gəlməsi də məhz bu niyyətdən doğur.
Anaxeber.info-nun əldə etdiyi məlumata görə, iqtidar daxilində erkən Milli Məclis seçkisi keçirilməsi tərəfdarı olanlar var.
Qərbpərəst həmin qüvvələr həm regiondakı prosesləri nəzərə alaraq bu addımın atılmasını, həm də müstəqilliyin ən etimadsız, bərbad heyəti olan parlamentdən qurtulmağı təklif edirlər.
Gürcüstanda və Ermənistanda baş verən hadisələr, demokratik dəyişikliklər Azərbaycana təsirsiz ötüşmür. Odur ki, hakimiyyətin içində Qərbmeyilli məmurlar erkən seçkiyə gedərək parlamentin tərkibinin yenilənməsi, daha fərqli, Qərb dünyasının qəbul edəcəyi MM formalaşdırılmasının tərəfindədir.
Çünki Cənubi Qafqazın iki ölkəsindəki siyasi dəyişikliklərdən sonra Qərb baş verənlərin demokratiyanın inkişafı kimi qiymətləndirərək dəstəkləyir. Bu halda isə Azərbaycana tənqidlər tuşlanır.
İkincisi, Milli Məclisdə bir xeyli deputat oturub ki, onları parlament maraqlandırmır və spiker hər dəfə irad tutur, vaxtında gəlməyi, vaxtında getməyi tələb edir. Yəni, uşaq bağçasına çevrilməkdədir.
Yerdə qalan aktiv millət vəkillərinin bir çoxunun çıxışları isə ya gülüş, ya qıcıq doğurur, yaxud sosial şəbəkələrdə məsxərəyə qoyulur.
Məsələn, sonuncu dəfə Hadı Rəcəblinin 143 manatla yaşamağın mümkün olduğunu söyləməsi və ardınca təkzib eləməsini götürək.
Onun həmkarı Əli Məsimli isə nəinki 143, yaşayış minimumu 180 manatın götürülməsini də doğru saymayıb.
Sitat: “Hökumət bu rəqəmi təqdim edərkən hansı meyarlara əsaslanıb? Hazırki zəruri ərzaq və gündəlik tələbat mallarının qiymətləri ilə ehtiyac meyarı arasında uyğunluq varmı?
Aztəminatlı təbəqənin maaşlarının və s. artırılması, güzəranın pisləşməsinin qarşısının alınması üçün digər şərtlərlə yanaşı, həm də minimum əmək haqqının yaşayış minimumundan yüksək olması təmin edilməlidir”.
Onun sözlərinə görə, 2015-ci ilin iki devalvasiyasından sonra qiymətlər 2 dəfədən çox, yaşayış minimumi isə 2016-cı ildə 5 manat, 2017-ci ildə 19 manat, 2018-ci ildə 18 manat artırılıb. Gələn il üçün isə cəmi 7 manat artırılır.
Yəni 2019-cu il üçün yaşayış minimumunu ölkə üzrə 7 manat artırmaqla 173 manatdan 180 manata çatdırılması nəzərdə tutulur. Təbii ki, 180 manat yetərli deyil.
Və 143 manatı yaşamaq üçün normal hesab edən deputatın olduğu parlament artıq hakimiyyətə əlavə problem yaradır.
İqtidar daha ciddi, xalqla hökumət arasında qarşıdurma yaradacaq açıqlamalar verməyən Milli Məclis formalaşdırmaq istəyir. Bunun üçün 2019-cu ildə erkən seçkilər olacağı haqda proqnozlar səslənməkdədir.
 Əldə etdiyimiz bilgilərə görə, növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi Qərbdən gələn təkliflər sırasına daxildir. Amma iqtidarın daxilindəki köhnə qvardiya buna razılaşmır.
Anaxeber.info-un verdiyi məlumata görə, müstəqillik tarixində sonuncu parlamentin bir çox üzvləri qədər “quş” buraxan, seçicilərin əsəblərini tarıma çəkən, vətəndaşları təhqir edən, qatığa qara deyəni olmamışdı.
Onların verdiyi hikkəli, qəzəb doğuran, ağ yalanlarla dolu açıqlamaların əhaliyə təsir edən ən əhəmiyyətli hissəsi həmin deputatların əksəriyyətinin biznesə sahib olmasıdır.
Amma kimisi dükana borclu olduğu söyləyir, kimisi müharibə şəraitində yaşadığımız üçün kredit borclarının silinməsini məqbul saymır, (Gürcüstan da müharibə şəraitindədir) kimisi 143 manatla yaşamağı doğru sayır və ötən 3 il ərzində xalqa “otxod” deyən deputatdan tutmuş müəllimi bənna işləməyə çağıran millət vəkilinin olduğunu nəzərə alsaq, iqtidar da xalq kimi artıq bu deputatlardan cana doyub.
Mötəbər qaynaqlardan aldığımız məlumatlarda bildirilir ki, hakimiyyətdəki Qərbpərəsət qüvvələrlə ruspərəst “5-ci kolon” arasında dərin uçurumlar yaranıb.
Sonuncular zaman-zaman Milli Məclisdəki adamlarını dilləndirərək anti-Qərb ritorikasında çıxışlar etdirib, prezidentlə Qərbin arasını vurmağa çalışıblar.
Hətta bəzi deputatlar həmkarlarının ruspərəstlikdə, Moskvanın sığalı ilə danışmaqda ittiham ediblər və açıq müstəvidə bu qarşıdurma müşahidə olunub.
Azərbaycandakı seçkilərə Rusiyanın hər zaman təsir etdiyini də nəzərə alsaq (Putin ABŞ seçkilərinə də müdaxilə edib), həmin hökumət içindəki güclərin niyə növbədənkənar parlament seçkiləri keçirilməsinin əleyhinə çıxdığı aydınlaşır.
Odur ki, Moskvanın rəyinin də gözlənildiyi iddiaları var. Bununla belə, gələn il seçkilərin keçiriləcəyi texniki baxımdan da əhəmiyyətlidir. 2025-ci ildə iki seçkinin baş tutması istənilmir. Hakimiyyət erkən deputat seçkisini yalnız belə şərh edə bilər.
İddia olunur ki, gələn ilin birinci yarısında ölkədə növbədənkənar parlament seçkiləri keçirilə bilər. Hətta Dairə Seçki komissiyalarına seçkilərə hazırlıqla bağlı göstəriş verildiyi və artıq işlərə başlandığı da bildirilir.
Üstəlik, istər daxildə, istərsə də xaricdə baş verən bir sıra proseslər ölkəmizdə növbədənkənar parlament seçkilərini zərurətə çevirir.
Xüsusən də Gürcüstan və Ermənistandakı seçkilərin təsiri özünü göstərməkdədir və regionda yalnız biz diqqət mərkəzinə gəlirik...Siam.az
шаблоны для dle 11.2
Tarix: 3-12-2018, 09:40




Xəbər lenti