FETÖ-nün yeni pul toplama variantı və ya Elnur Aslanov hansı camaatın zəkatını toplayır? - Sensasiyalı faktlar


FETÖ-nün yeni pul toplama variantı və ya Elnur Aslanov hansı camaatın zəkatını toplayır?
FETÖ terror şəbəkəsinin Azərbaycandakı əsas fiquru olmuş Elnur Aslanovun müxtəlif ölkələrdə qurduğu biznes zənciri barəsində ilginc faktlar üzə çıxıb.

Yenicag.az-ın xəbərinə görə, tanınmış jurnalist Cavanşir Həsənli özünün “Facebook” səhifəsində Prezident Administrasiyasının sabiq şöbə müdiri, FETÖ-nün Azərbaycandakı imamı olmuş Elnur Aslanovun ABŞ, Avropa və Asiyada yaratdığı şirkətlərin fəaliyyətinə dair çox ciddi məlumatların yer aldığı geniş material paylaşıb.

FETÖ-nün Azərbaycan şəbəkəsi Gülənçilərin Türkiyədə hərbi dövlət çevrilişinə cəhdlərindən təqribən 2 il əvvəl – 2014-cü ilin əvvəllərində ifşa edildi. Bunun ardınca həmin çetenin gənclər imamlarından biri, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, həmçinin onun nəzarətində olan və bəzi mühüm vəzifələrə yerləşdirilmiş Fətullahçılar tutduqları mühüm dövlət postlarından uzaqlaşdırıldılar.

FETÖ-nün yeni pul toplama variantı və ya Elnur Aslanov hansı camaatın zəkatını toplayır?

Lakin nə qədər təəccüb doğursa da, Aslanov başda olmaqla, FETÖ-nün Azərbaycan şəbəkəsinin əsas fiqurlarından heç biri dövlətçiliyə vurduqları zərbəyə görə cinayət məsuliyyətinə cəlb edilmədi. Hətta Aslanovun özü Rabitə və Yüksək Texnologiyalar Nazirliyində məsul vəzifəyə təyinat aldı.

Bir müddət sonra isə yeni vəzifəsini və Azərbaycanı birdəfəlik tərk edən keçmiş şöbə müdirinin sədası müxtəlif ölkələrdən gəlməyə başladı. Buradan yaranan qənaət ondan ibarət idi ki, hələ Türkiyədə də tam sıradan çıxarılmayan FETÖ terror şəbəkəsi bu gənc imamı üçün yeni missiya müəyyənləşdirib.

Jurnalist Cavanşir Həsənlinin öz “Facebook” səhifəsində paylaşdığı məqalədəki Elnur Aslanovun 3 qitədə – Amerika, Avropa və Asiyada qurduğu biznes şəbəkəsinə dair detallar “imam”ın öz yeni funksiyasında xeyli irəli getdiyini söyləməyə əsas verir:
“Dubayda Palma adalarının üstündə uçan bu cənab kimi, nəyi axtarır, Allah bilir. Amma yəqin ki, siz onu hələ də xatırlayırsınız. O, bir vaxtlar Gülənin Azərbaycan Respublikasının Prezident Administrasiyasındakı əsas fiquru kimi tanınan Elnur Aslanovdur. Deputat Rəbiyyət Aslanovanın oğlu. Hal-hazırda ABŞ-da, Boston şəhərində yaşayır.

Yaşayır deyəndə, pis də yaşamır. Hələ vəzifədə olanda özünə geniş biznes şəbəkəsi qurmuşdu, sonra Ukraynada zavod aldığı xəbəri yayıldı. Amerikaya gedəndən sonra hansı məzhəbə qulluq etdiyi bilinmədi. Məzhəb deyərkən, əlbəttə ki, Elnur Aslanovun məzhəbi mövzumuzun məğzi deyil. Amma onun məzhəbçiliklə necə pul qazandığı haqda maraqlı məlumatlar əldə etmişik”.

Həmkarımızın əldə etdiyi məlumatlara əsasən, Aslanovun yaratdığı, daha doğrusu, FETÖ başçılarının ona həvalə etdikləri biznes şəbəkəsi kifayət qədər genişdir:
“Administrasiyanın keçmiş şöbə müdiri Amerikadan Avropaya, Avropadan Yaxın Şərqə, Yaxın Şərqdən Rusiya və Orta Asiyaya kimi geniş biznes və maliyyə şəbəkəsi qurub. Elnur Aslanovun Amerikada ən azından iki şirkətinin olduğu barədə məlumatlar var.

FETÖ-nün yeni pul toplama variantı və ya Elnur Aslanov hansı camaatın zəkatını toplayır?

Şirkətlərdən biri yaşadığı Massaçusets ştatında, digəri Arizona ştatında yerləşir – birincisi informasiya texnologiyaları, o biri logistika sahəsində fəaliyyət göstərir. Elnur Aslanovun daha bir İT şirkəti Avropadadır. Daha dəqiqi, Vilnüsdə. “United group UAB” 2016-cı ildə Litvada 303564607 saylı şəhadətnamə alıb”.

Ancaq Aslanovun FETÖ-nün daxılını pulla doldurmağa yönəlik biznes fəaliyyəti qeyd olunanlarla məhdudlaşmır. Həsənlinin yazdığına görə, Aslanov mənsub olduğu terror şəbəkəsinin maliyyə gəlirlərini artırmaq üçün İslamın əsas qaydalarından biri ilə manipulyasiya etməkdən də çəkinməyib:
“Rəbiyyət Aslanovanın oğlunun xeyriyyə fondu adı altında əsas gəlir mənbəyi isə Dubaydadır. Elnur Aslanov özünün təqdim etdiyi “PayZakat” onlayn ödəmə sistemi ilə müsəlman qaydasında (bir müsəlmanın gəlirinin 2.5 faizini zəkat ödəmək şərtinə əsaslanaraq) pul toplayır. Şəbəkə artıq Rusiyada, Azərbaycanda, Türkmənistanda, Tacikistanda fəaliyyət göstərir.

Adam faktiki olaraq Amerikada yaşasa da, Azərbaycan və Orta Asiyada “maliyyə imamı” rolunu oynayır. Keçmiş Aparat işçisinin məzhəb platforması Rusiyada da “PayZakat LTD” adı ilə rəsmi qeydiyyata alınıb. Bu ölkənin “Sberbank”ı bu ilin avqustunda Elnur Aslanovun təşkilatına “PayZakat” sistemi ilə 74 min dollar vəsait köçürüb”.
 
шаблоны для dle 11.2
Tarix: 21-12-2018, 21:30




Xəbər lenti