Şahmar İbadov 12 milyonluq korrupsiyanı Abidin Fərzəliyevin üstünə yıxdı – Video/Faktlar



Bir neçə ildir davam edən gözdən əlillər üçün tikilmiş 12 milyonluq mənzil korrupsiyası ilə bağlı məhkəmə qalmaqalı Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abidin Fərzəliyevlə I müavini Şahmar İbadovu üz-üzə qoyub.

Reportyor.info-nun məlumatına görə, Ş.İbadov məsuliyyətdən yayınmaq üçün bütün günahları icra başçısının və hüquq şöbəsinin üstünə atmağa başlayıb.

Məhkəmədə verdiyi ifadəsində Ş.İbadov onun bu qanunsuzluqlara cavabdeh olmadığını, sərəncama qol çəkən İH başçısı A.Fərzəliyevin və hüquq şöbəsinin günahı olduğunu söyləyib.

Bununla bağlı səs yazısını əldə etmişik, sadəcə geniş olduğu üçün təqdim etmirik Əldə etdiyimiz xəbərdə deyilir ki, Ş.İbadovun məhkəmədə çıxışı onun A.Fərzəliyevlə əlaqələrini korlayıb. Tərəflərin arasında münasibətlər gərgindir.

Hətta belə iddialar səslənir ki, Nərimanov icra başçısı I müavinin biznesinə əl qoyub, onun obyektlərini qeyri-rəsmi şəkildə müsadirə edib.

Ş.İbadov özünü təqsirkar saymır və icra başçısını ittiham edir. Bu da onun I müavinlikdən çıxarılması prosesini intensivləşdirib. İcra başçısı gözdən əlillərin mənzil korrupsiyasına görə müavinini qurban verə bilər.

Çünki məhkəmənin gedişində Ş.İbadovun adı hallanır, hüquq şöbəsinin həbs edilən sabiq müdiri I müavinin göstərişlərini yerinə yetirdiyini deməklə bu yeyintini onun ayağına yazır.

Bildirək ki, icra başçısının verdiyi sərəncamla Gözdən Əlillər Cəmiyyəti ilə birgə tikilmiş binadan mənzillərin satışında vətəndaşların pulları mənimsənilib.

Onlar evsiz-eşiksiz qoyulub. Belə ki, gözdən əlil olmayan həmin payçılara mənzillər satılıb, evlərin açarları verilməyib, pullar qaytarılmayıb.

Nərimanov RİH başçısı A.Fərzəliyevlə I müavini Şahmar İbadovu bu korrupsiyanın başında durmaq ittiham edən sakinlər bir neçə gün əvvəl Prezident Administrasiyasının qarşısına toplaşaraq şikayətlərini bildiriblər.

Onlar A.Fərzəliyevi və Ş.İbadovu ittiham edərək bu işlə bağlı həbs edilənlərin əslində, “günah keçisi” olduqlarını, cinayəti onların üstünə yıxmaqla RİH rəhbərliyinin maliyyə korrupsiyasından canlarını qurtarmağa çalışdıqlarını bildiriblər.

Nərimanov icra başçısı ilə müavininin mənzil fırıldağı qurbanları tələb edirlər ki, pulları qaytarılsın, əsl günahkarlar məsuliyyətə cəlb olunsun.

PA önünə toplaşan zərər çəkənlər bildiriblər ki, cinayət işi üzrə aidiyyatı olmayan üç nəfər mühakimə edilir, məhkəmə gedir: “Hamısı Abdin Fərzəliyevin, Şahmar İbadovun və Firdovsun əməlləridir. Üç nəfəri tutmaqla işi bağlamaq, pulları mənimsəmək istəyirlər”.

Zərər çəkmişlərdən biri Çingiz Üzeyirovun sözlərinə görə, Nərimanov RİH başçısı verdiyi sərəncamla mənzillər satılıb:

“İcra Hakimiyyətinə sənəd hazırlayan adi kuryer tutulub. Bu işdə pulu alan şəxslərdən biri Rauf Hüseynovdur, amma zərərçəkən kimi tanınır.

Amma İH-də sənədi əsl hazırlayanlar məsuliyyətə cəlb olunmur. Şahmar İbadov da məhkəmədə iştirak elədi.

Amma boynundan atdı. Pulu alan əsas adamlardan biri Məzahir Nəsibovdur, Almaniyaya qaçaraq sığınacaq istəyib. Orada video müraciət edib, faktlar açılıb.

Məlum olur ki, İH-nin maklerləri və sənədi hazırlayan Şahmar İbadovdur, sərəncamı verən isə icra başçısıdır.

Onlar günahkardırlar. Həmçinin, Rasim Quliyev məsuliyyət daşıyır. O, meriyada aparat rəhbəri olub. Şahmar İbadov isə deyir ki, kimin qol çəkdiyini bilmirəm”.

Məhkəmədə 110 nəfər zərərçəkənin adı gedir. Şikayətçilər isə deyirlər ki, onların əksəriyyəti zərərçəkən yox, mənzil dəllallarıdırlar. İstintaqdan və məhkəmədən narazılıq edən mənzil qurbanları işə düzgün baxılmadığını söyləyirlər.

Onların dediyinə görə, Gözdən Əlillər Cəmiyyəti adından məktublar verilib. Zərər çəkmiş Əşraf Aslanov mənzil almaq üçün 50 min manat ödədiyini söyləyir:

“Sərəncamda Abidin Fərzəliyevin qolu var. Mənim yoldaşım əlil olmadığı halda, saxta əlillik kağızları hazırlayıblar, bir gündə iki sərəncam veriblər.

Pulu da Natiq Məmmədova vermişəm. Amma məhkəmədə bu şəxs zərər çəkən tərəf kimi tanınır. Dövlət ittihamçısı sual verməlidir ki, sən necə zərər çəkmisən?”

Digər şikayətçi Məharət Cəlilov Almaniyaya qaçmış Məzahir Nəsibova 73 min manat verib: “Nərimanov RİH başçısı Fərzəliyevin sərəncamı var. Bu işin başında duranlardan biri onun müavini Şahmar İbadovdur.

Bütün orqanlara müraciət etmişik, prezidentə, Mehriban xanıma yazmışıq. Bizim tələbimiz budur ki, pullarımız qaytarılsın”.

Bu cinayət işi ilə bağlı həbs edilən Niyaməddin Şıxəliyevin yaxını isə deyir ki, bu haqsızlığa son qoyulmalıdır: “Əzizimin üstünə 10 il iş kəsiblər. Təzyiq edərək onun üstünə qoyublar. 65 yaşında adam 10 il həbs necə çəksin?

Adi işçi olub, özündən yuxarısı var. Ondan yüksək vəzifə sahibinin qolu, imzası olmadan hansı qanunsuzluq eləmək olardı?

Bu nağıla uşaq da inanmaz. Bir nəfər deyə bilməz ki, Niyaməddinə pul verib. Kimlər veribsə gəlib cavab versinlər”.

Zərər çəkənlər onu da deyiblər ki, hazırda 220 nəfər evsiz-eşiksiz çöllərdə qalıb, pulları batıb, mənzillərinə sahib çıxa bilməyiblər: “26 milyon manat mənimsənilib. Bunu Məzahir tək etməyib, başında duranlar yeyib”.

Qeyd edək ki, bu cinayət işi üzrə üç nəfər cinayət məsuliyyətinə cəlb olunub – Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, bu qurumun əməkdaşı Hikmət Şükürov və Nərimanov Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinə rəhbərlik etmiş Yoməddin Şıxəliyev.

Onlar CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə ittiham olunurlar. Onların ümumilikdə 6.5 milyon manatdan çox ziyan vurduğu iddia edilir.

İcra başçısının müavini Ş.İbadov məhkəmədə iddia edib ki, növbəyə götürülmə barədə sərəncamlar saxta olub, icra hakimiyyətinin bundan xəbəri olmayıb. Bu da ev almaqdan ötrü pul vermiş adamları qəzəbləndirib.

Bu cinayət işi üzrə üç nəfər cinayət məsuliyyətinə cəlb olunub – Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, bu qurumun əməkdaşı Hikmət Şükürov və Nərimanov Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinə rəhbərlik etmiş Yoməddin Şıxəliyev.

Onlar CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə ittiham olunurlar. Onların ümumilikdə 6.5 milyon manatdan çox ziyan vurduğu iddia edilir.

İcra başçısının müavini Ş.İbadov məhkəmədə iddia edib ki, növbəyə götürülmə barədə sərəncamlar saxta olub, icra hakimiyyətinin bundan xəbəri olmayıb. Bu da ev almaqdan ötrü pul vermiş adamları qəzəbləndirib.

Göründüyü kimi, şöbə müdirinin üstünə atmaqla guya kimlərisə aldatmağa çalışırlar. Halbuki, Nərimanov RİH-nun hüquq şöbəsi məhz komissiya sədri olan Şahmar İbadov və icra başçısı Abdin Fərzəliyevin göstərişləri əsasında bu özbaşınalığa imza atıb, gözdən əlil olmayanlara mənzillər satıb, indi də iş məhkəmədədir, rayon rəhbərliyi şöbə müdirini qurban verməklə vəziyyətdən çıxmağa çalışır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq:

Gülay

REPORTYOR.info

 

 

шаблоны для dle 11.2
Tarix: 25-02-2019, 08:00




Xəbər lenti