Mogikanların qənimi: Əbülfəs Qarayev yaxşı ki MTN şefi deyilmiş...

               Mədəniyyət köz kimidir. Bu ocağın üstünə bütün zəmanələrdə çör-çöp atıb közü alışdıranlar, sönməyə qoymayanlar olub. Bu, közərən mədəniyyətə mayak salanların özlərinin də bilmədən əlahiddə xidmətidir.
İndi bizim onlara daha çox ehtiyacımız yaranmağa başlayır. Çünki mədəniyyətin közünü söndürənlərin batalyonu böyüməkdədir. Onların “ali boş komandanı” isə belə görünür ki, mədəniyyətin öz naziri imiş.
Demə, Əbülfəs Qarayev Polad Bülbüloğludan sonra Azərbaycanın mədəni sferasını ağ-qara filmə çeviribmiş. Bizsə rəngli kinoya baxdığımızı zənn eləmişik.
Xüsusən prezidentin mədəniyyət xadimləri ilə görüşündən sonra çıxan nəticələr, oradakı çıxışlar, acı gerçəkliklər belə deməyə əsas verir.
Nazir qala-qala mədəniyyət sahəsində bu illər ərzində yığılıb qalaqlanmış problemlərin həlli üçün prezidenti gözləmək lazım imiş. Əcəb nazirdir!
Ə.Qarayevin qara günə qoyduğu mədəniyyətin közərməsi, işıqlanması üçün vaxtında işıqlı adamlara yol açmaq lazımıydı.
Amma axıra qədər korifeylərə qənim kəsilməyə söz vermiş nazir rəhmətlik Fuad Poladovdan başlayaraq Fəxrəddin Manafova, ən nəhayət Rasim Balayevə qədər pisliyini davam etdirdi.
Azərbaycan teatrının sonuncu mogikanlarından olan F.Poladovun dəfninə getməyən naziri Xocalı günü vəfat edən İlhamə Quliyevaya şəhid deməsi ilə gərək başa düşəydik.
Biz gərək anlayaydıq ki, səhnəmizin Alen Delonu olan Fəxrəddin Manafovun rus dram teatrından küsdürülməsi, getməsi nazirin əvvəldən vecinə deyilmiş.
Son olaraq prezidentlə görüşə nəhəng Rasim Balayevi çağırmaması ilə damğa vurdu. Əbülfəs Qarayev MN rəhbəridir, yaxşı ki MTN şefi olmayıb.
Yoxsa kim bilir nələr edərdi. O, yəqin ki R.Balayevdən üzr istəməyəcəkdi.
Sadəcə, prezidentin məsələdən agah olması, ictimai rəyi nəzərə alması, xalq artistinə telefon açması naziri pat vəziyyətinə saldı. Buna nokaut da demək olar.
AnaXeber.info bildirir ki,Rasim müəllimə qarşı etinasızlıq edənlərin hər biri mədəniyyət naziri kimi üzr istəməlidirlər. Nəsimi, Babək, Beyrək və bu kimi obrazları yaradan biri unudula bilməz.
Prezidentlə görüş göstərdi ki, mədəniyyət naziri çağdaş dövrün mesajlarına adekvat davrana bilmir, dəyişikliklər küləyinin səmtini tuta bilmir.
Əgər, Afaq Bəşirqızı bir çıxışı ilə teatrın 10 ildə yığılıb qalan problemlərini həll edirsə, “Rasim Balayev prezidentlə görüşdə niyə yoxdur?” sualı ictimai rəyin ciddi narazılığı və haqlı təəccübü ilə müşayət olunursa, prezident görkəmli sənətkarımıza özü zəng vurursa, yalnız Mehriban Zəkinin çıxışından sonra kinoya 5 milyon ayrılırsa, deməli Əbülfəs Qarayev proseslərin arxasınca sürünür.
Halbuki, bütün bu məsələləri nazir qaldırmalıydı. Amma nazir F.Poladovun dəfninə getmədiyi, başsağlığı vermədiyi kimi, R.Balayevi də axıra qədər saymayacaqdı. Axı onu “şəhid” İlhamə düşündürür?!
Ə.Qarayev F.Poladovları, F.Manafovları, R.Balayevləri, A.Bəşirqızıları sevmir. Onun ürəyindən Zeynəb Xanlarova deyir - inkişafdan danışın, tənqid, problem eşitməyək!
Mədəniyyət işçiləri sistemin oyun qaydalarını da, xalqın imkanlarını da yaxşı bilirlər. Ölkədə gəlir səviyyəsinin, oxumaq həvəsinin, izləmək istəyinin aşağı olduğunu yaxşı görürlər.
Yazıçı cəmi 500 nüsxə kitabı öz puluna çap edib, onun da tamamını sata bilmirsə, necə müstəqil ola bilər?!
Aktyor, aktrisa bilir ki, tamaşa biletləri dotasiya ilə satılır, normalda bir bilet 50-200 manat arası olmalıdır ki, həm teatr özünü maliyyələşdirsin, həm də onlar, heç olmasa ayda 2000 manat maaş alsınlar, kino biletləri 50 manatdan aşağı olmamalıdır ki, rentabelli olsun - buna xalqın alıcılıq gücü çatırmı?
Təbii ki, yox, o zaman da mədəniyyət bədəniyyətə çevrilir, sənətkar bədən tələblərini ödəmək haqqında düşünür.
Deməli ölkədə rifah yüksəlməli, gəlirlər artmalı, azad biznes olmalı, mesanatlar yaranmalıdır ki, mədəniyyət işçisi də müstəqil olsun, öz fikri və düşüncəsi formalaşsın, dövlətdən asılılığı azalsın. Öz fikri olan Poladovları, Balayevləri isə mədə niyyətli nazirin görən gözü yoxdur...
AnaXeber.info
Turanшаблоны для dle 11.2
Tarix: 7-03-2019, 13:11




Xəbər lenti