Demet Akalını 120 min dollara Bakıya gətirən məmurun kimliyi açıqlandı - Foto-Video

  


Bir müddət öncə məşhur türk müğənnisi Demet Akalın Bakıya sünnət toyuna gəlib.

Siam.az  Posta.az-dan aldığı məlumata görə, ifaçı Böyük saray restoranında baş tutan məclisdə mini konsert verib və ev sahibi Gülü Şəmşirliyə təşəkkür edib. Demetin kim tərəfindən toya dəvət alması, tələb etdiyi qonorar müzakirə mövzusuna çevrilib. Çünki sözügedən müğənni Türkiyənin ən məşhur və böyük məbləğdə qonorarlarda adı hallanan sənətçilərindəndir.
 
Onu Azərbaycana gətirən məmurla bağlı isə müxtəlif müzakirələr gedir. Demetin adını hallandırdığı Şəmşirliyə gəlincə, Azərbaycanda tək məşhur Şəhriyar Şəmşirlidir ki, o da Abşeron rayonunun polis rəisidir. Şəhriyar "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun qardaşıdır. Onların analarının adı isə Gülüdür.

Məlumata görə, Demetin Azərbaycana 120 min dollar qonorar qarşılığında gəlib.
 
 

 

 

 
 



шаблоны для dle 11.2
Tarix: 14-03-2019, 21:48




Xəbər lenti