“BİZ HƏR AN DÖYÜŞLƏRƏ BAŞLAYA BİLƏRİK” –Zakir Həsənov savaşın gizlinlərini açdı, düşmənə xəbərdarlıq etdi



“Aprel döyüşləri zamanı Ermənistan səfərbərlik elan etmişdi. Yerevandan qoca kişilər Qarabağa yollanırdılar. Amma heç gəlib Qarabağa çıxa bilmədilər”.

Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində deyib.

O vurğulayıb ki, aprel döyüşləri zamanı ön xətdə generallar da döyüşüb: “Təbii ki, bizim üçün hər bir şəhid əzizdir, amma bizim başqa yolumuz yoxdur, Vətənimizi müdafiə etməliyik.

Aprel döyüşləri zamanı ön xəttə generallar da gedirdi. Biz yaralı zabitlərin döyüşü tərk etməməsi ilə bağlı görüntüləri adətən filmlərdə izləmişdik. Bizim ordumuzda bununla bağlı nümunələr var. 2-3 dəfə yaralanmış zabitlərimiz döyüşü tərk etməyiblər. Söhbət bizim işğaldan azad etdiyimiz ərazinin sahəsindən getmir. Təbii ki, Vətənin hər bir qarış torpağı bizim üçün müqəddəsdir. Burada əsas olan odur ki, iki ordu üz-üzə gəldi və Ermənistan ordusu darmadağın oldu”.

“Aprel döyüşlərinin əsas nəticəsinə əsasən, Ermənistan ordusu darmadağın oldu, Azərbaycan ordusu daha bir təcrübəyə yiyələndi və xalqımız arasında vətənpərvərlik hissi güclənməyə başladı. Azərbaycan ordusunda həyata keçirilən islahatların nəticəsi olaraq, orduda nizam-intizam və vətənpərvərlik ruhu artdı”, – müdafiə naziri əlavə edib.

Zakir Həsənov daha sonra bildirib ki, Azərbaycan Ordusunun silah-sursatla bağlı heç bir problemi yoxdur: “Biz hər an döyüşlərə başlaya bilərik. Çünki biz silahl-sursatla tam təmin olunuruq. Bizdə yüksək səviyyədə hazırlanmış silahlar, pilotsuz uçan aparatlar var. Mindən çox çeşiddə silah-sursat mövcuddur”.

Z.Həsənov vurğulayıb ki, 2016-cı ilin aprelində Ermənistanın bütün ordusu ilə Azərbaycan Ordusunun yalnız 20 faizi döyüşüb: “Mən tez-tez ön xətdə hərbçilərlə görüşür və onların problemlərini, müraciətlərini dinləyirəm. Biz hər üç aydan bir “Açıq qapı” günü elan edirik və valideynlər öz əsgər övladları ilə görüşür, onların hərbi hissələrdəki vəziyyəti ilə tanış olurlar. Biz heç nəyi gizlətmirik. Bəzən yalan informasiyalar yayırlar ki, guya hərbi hissələrdə əsgərlər çətin şəraitdə yaşayırlar. Mən bu yalanları yayanlara demək istəyirəm ki, yalanın ömrü qısa olur. Çünki valideynlər övladlarının necə şəraitdə yaşadığını görür və onları aldada bilməzsiniz. Azərbaycan dövləti ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün çox böyük vəsaitlər sərf edir. Bu da Azərbaycanın güclü iqtisadiyyatından aslıdır”. 

“Biz indiki vaxtda müharibə şəraitində olan dövlətlərin təcrübəsindən istifadə edirik. Biz döyüş hazırlığında Türkiyənin təcrübəsindən istifadə edirik. Çünki qardaş ölkənin bu sahədə böyük təcrübəsi var”, deyə müdafiə naziri əlavə edib/Report.

шаблоны для dle 11.2
Tarix: 4-04-2019, 13:50




Xəbər lenti