"Azəriqaz" rəhbərliyinin qazlı yalanları... - FAKT


"Azəriqaz" rəhbərliyinin qazlı yalanları...
Teref.az yazır ki,  Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
İclasda bir çox məsələlərə toxunan Prezident “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bəzi nöqsanlara yol verildiyini qeyd edib:
“ “Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır”.
Teref.az olaraq qeyd etmək istəyirik ki, Prezidentin qeyd etdiyi bu hadisələr elə Səbail rayonu, 20-ci sahə, Salyan yolu 133 ( və ya Azərqaz-ın protokolunda olduğu kimi 3-cü Salyan yolu x/ev133) ünvanında yaşayanların başına gəlib. Əslində bu çoxlarının başına gəldiyi üçün və bu məsələni biz Teref.az saytında bir dəfə qabartdığımız qeyde dərək keçməkdə olardı.Lakin burda bir məqam var. Məmurlar yenə Prezidenti və xalqı aldatmaq yolu seçiblər. Necə? Buyurun necəsini indi deyim sizdə qərar verin!
İclasdan sonra məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev Modern.az-a açıqlama verib.

R.Əliyev bildirib ki, ölkə rəhbərinin toxunduğu bütün məsələlər diqqətlə araşdırılacaq:

“Ötən ilin dekabr ayının 1-nə kimi “Azəriqaz” 80 saylı qərara əsasən, birtərəfli qərar tətbiq edirdi. Qeyd etdiyim tarixdən etibarən həmin qərar qüvvədən düşüb.

Qərarın qüvvədən düşməsilə biz heç bir abonentə hüquq-mühafizə orqanının, məhkəmənin qərarı olmadan, dəymiş ziyanı tələb etmirik. Məhkəmə sayğaca müdüaxilə edildiyini, dəymiş ziyanı təsdiqlədikdən sonra abonentə borcu barədə bildiriş verilir. Ümumilikdə “Azəriqaz” tərəfindən sayğaclara müdaxilə olunmur”.
Yəni qos qoca “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev məsuliyyəti ilə deyir ki, 2018-ci il dekabr ayının 1-dən sonra məhkəməsiz qərar tətbiq etmirlər???? Yəni doğrudanmı etmirlər?
Buyurun baxaq 01.10.2018-ci ildə ev sahibinin çağırışı əsasında gələn qaz idarəsinin işçiləri 8-10 ildir işləyən qaz sayğacının xarab olduğunu təsbit ediblər.
01.10.2018-ci ildə protokolla sayqacı dəyişdiriblər və protokolun 1 nüsxəsinidə ev sahibinə veriblər. Bura qədər hər şey əla. Qaz idarəsinin işçiləri vəzifə borclarını yerinə yetiriblər. Lakin sən saydığını say gör “Azəriqaz” nə sayır. Bu ətraflarda yaşayanlar bilirlər ki, bu qış Salyan yolu və ətrafında demək olar ki, qaz olmayıb. “Azəriqaz”-ın kefi istəməyib verməyib.Yəni tam olmayıb demək olmaz, sadəcə şam kimi gələn bir qaz təzyiqi olub. Özüdə qaz nə qaz, təmizlənməmiş, bir başa mədəndən borulara vurulan qaz. Elə olmasa idi, yanadan sonra yaşıl rəngli zəhərli maddələr qalmazdı.

"Azəriqaz" rəhbərliyinin qazlı yalanları...

Bu səbəbdən və evdə körpə uşaq olduğuna görə bu qışı ev sahibləri çox vaxt o biri oğlullarının evində qalıblar. Xüsusi ilə qeyd etmək istəyirəm ki, 20 sahə deyilən əraziyə əsl təmizlənməmiş qaz verilir. Bu haqda aşağıda söz açacam. Ona görədə sayqaca nə qədər qaz vurduqları və nə qədər işləndiyinə elədə fikir verməyiblər. Lakin bir gün "ASAN" xidmətdən arayış almaq üçün ora gedəndə, ev sahibinə deyirlər ki, "Sizin sayğaca protokol yazılıb və böyük məbləğdəö cəriməniz var. Sizdə o cəriməni xırda xırda ödəyirsiniz."
Heç nədən xəbri olmayan ev sahibi "Azərqaz"-a üz tutur və araşdırarkən məlum olur ki, həqiqətən 28.12.2018 -ci ildə "Azərqaz"-da gizlincə sayqaca müdaxilə olduğu haqda protokol yazılmış, 500 manatdan çox cəza kəsilmiş və gizlincə hər ay sayqaca yüklənən pulun yarısı borcun hesabına çıxılırmış.
Yenə ev sahibinin heç nədən xəbəri yox, "Azərqaz" protokol yazıb, cəza kəsib və pulları yavaş yavaş bizlərdən oğurlayır.

"Azəriqaz" rəhbərliyinin qazlı yalanları...

İndi qosqoca “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev məsuliyyəti ilə dediyi sözə inanaq ya şəkillərini sizə təqdim etdiyimiz protokollara. Hörmətli Ruslan müəllim bu qədər yalan danışmaq olmaz axı.
Bayaq yuxarıda qeyd etdiyim kimi 20 sahə ərazisinə və əsasda Salyan yolu kücəsinin ətraflarına mədəndən təmizlənməmiş qaz verirlər.Bu qaz zəhərdir. 2 aydan bir qaz cihazları təmizlənməsə işləmirlər.Qazcihazlarını təmizləyən ustalar ağızlarını sarğı ilə bağlayıb işləyirlər.Çünki qaz yanandan sonra qalan yaşıl rəngli çoküntünün mikroskopik bir hissəciyi boğazınıza getsə 1 həftə boğazınız yanacaq.Əslində çox vaxt ustalar bura gəlməyə imtina edirlər. Deyirlər ki, o qazla işləyib xarab olan ciohazı atmaq lazımdır! Ona görədə Ruslan müöəllimin dediyi qazın keyfiyyəti məsələsidə yalandır.Çünki bu qazın heç keyfiyyəti yoxdur. Keyfiyyəti olmayan qazın keyfiyyətini necə artıracaqsınız ay Ruslan müəllim? Bunu o qazı verdiyiniz ev sahibləri soruşurlar? Öz evinizə, öz balalarınıza belə qaz verməyi qıyarsınız? Əsla, onda bizim evlərə niyə belə qaz verirsiniz, balalarımızı zəhərləyirsiniz?Hələ qazın hansısa keyfiyyətindən danışırsınız..
Qeyd etmək istyirik ki, bu iş məhkəmədədir və inanırıq ki, ədalət məhkəməsi öz ədalətini göstərəcək və bizdə içtimaiyyəti məlumatlandıracağıq!
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
 
шаблоны для dle 11.2
Tarix: 2-05-2019, 14:44




Xəbər lenti