Hökumətin bələdiyyə projesi: xanım başçı Çovdarovla işləmiş Siyanfər Əliyevi qoruyur?

 Azərbaycan hökuməti tezliklə bələdiyyələrdə də islahatlara keçid edəcək. Daha doğrusu, bu il baş tutacaq bələdiyyə seçkiləri bir sıra sədrlərin sonunu rəsmiləşdirəcək.
Onlar bu illər ərzində torpaq alverinə, rüşvətxorluğa bulaşıblar, ayrı-ayrı yüksək çinli məmurların təlimatlarını yerinə yetiriblər, bəziləri ləğv edilmiş MTN-dəki Mahmudov bandasına boyun əyiblər, generallarla işbirliyinə gediblər.
 Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov

Bu baxımdan yuxarı dairələrdə bir siyahı şəklində dosye tərtib edilir və adı müxtəlif cinayətlərə qarışmış bəzi bələdiyyə sədrləri seçkilərdə iştirak edə bilməyəcəklər. 

Azeuronews.com-u məlumatlandıran mötəbər qaynağın sözlərinə görə, onlardan biri Abşeron rayonu, Masazır bələdiyyə sədri Siyanfər Əliyevdir. İddialara görə, S.Əliyev günlərini, aylarını sayır və bələdiyyə seçkilərindən sonra vəzifəsi ilə vidalaşacaq. 

 Siyanfər Əliyev

Onun adı nələrə qarışmayıb: həbsdə olan MTN generalı, odioz fiqur Akif Çovdarovla işbirliyi, qanunsuz torpaq satışı, ölüm işləri və s.

Amma bu gün o, Abşeronun icra başçısı İradə Gülməmmədovanın “gözünün işığıdır”. Xanım icra başçısı Masazır bələdiyyə sədrinin vasitəsi ilə bir sıra işləri həyata keçirə bilir. 

 Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova

Ona görə də S.Əliyevin bələdiyyə sədri postundan getməsi heç də ürəyincə deyil. Lakin faktlar göz deşir və yuxarılara təqdi olunub. 

İ.Gülməmmədova isə “gül” kimi kadrı əldən çıxarmaq istəmir, onun növbəti seçkilərdə də sədr seçilməsinə nail olmaq arzusundadır. Amma hökumət bələdiyyələrdə ciddi şəkildə islahatlar aparmaq strategiyası seçib.

Mediada tirajlanmış xəbərlərdə iddia edilir ki, S.Əliyev bir çox epizodlar üzrə hüquq-mühafizə orqanlarında dindirilib. Son olaraq cumhuriyyet.az yazmışdı ki, 

Abşeron sakini Həziyeva Xanımnaz Araz qızı Masazır kənd ərazisindən torpaq alıb. 2011-ci ildə Masazır bələdiyyə sədri Siyanfər Əliyevin Abşeron Rayon İcra Hakimiyyətinə ünvanladığı məktuba əsasən ona fərdi yaşayış evinin tikilməsinə icazə üçün sərəncam verilib. 

Bundan sonra vətəndaş öz torpağında ikimərtəbəli fərdi yaşayış evi tikib. Amma üstündən illər keçib. 

Şikayətçi bildirir ki, Masazır bələdiyyə sədri onun üzərində ikimərtəbəli evi olan torpağını başqa bir şəxsə 130 min manata satıb. Dəhşətli bir dələduzluq faktıdır. 

Bir müddət əvvəl isə yayılmış məlumatda deyilirdi ki, bələdiyyənin vergi müfəttişi Ürfət Hüseynovla bələdiyyə sədri Siyanfər Əliyev rasında baş verən konflikt zamanı birincisi komaya düşüb, dünyasını dəyişib. Mərhumun hansı səbəbdən komaya düşməsi qaranlıq qaldı. 

Siyanfər Əliyevin adı hallanan ilk ölüm faktı deyil. Belə ki, 2013-cü il martın 11-də Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev və onun müavini Söhbət Məmmədov Masazır kənd sakini Razi Paşa oğlu Qocayevin evinə gələrək onun ailəsinə hücum edib. Mətbuat yazmışdı ki, R.Qocayev bununla bağlı şikayət edib. 

Bildirmişdi ki, ailəsinə qarşı zor tətbiq ediblər. Fiziki təzyiqə məruz qaldığı üçün xəsarət alan hamilə həyat yoldaşını təcili olaraq xəstəxanaya çatdırsa da, bətnindəki körpəni xilas etmək mümkün olmayıb.

Ancaq belə bir reputasiyaya malik kadrla həm əvvəlki Abşeronun icra başçıları, həm də indiki xanım rəhbəri İ.Gülməmmədova işləməyə üstünlük verib. Görünür, S.Əliyevin fəaliyyəti və bacarıqları onları qane etməkdədir. Əksinə, icra başçısı onu vəziyyətdən çıxarmağa hazırlaşır. 

Amma S.Əliyevin qovluğu qaranlıq işlərlə “zəngin”dir. Məsələn, 2006-cı ildə uşaq evindən çıxmış Elnur Salahov demişdi ki, bələdiyyə sədri S.Əliyev ona Maşallah adlı bələdiyyə üzvünün yanına girərək, ondan torpaq sahəsi istəməsini tövsiyə edib: 

“Mənə dedi ki, Maşallahın hektarlarla torpağı var. Get onun yanına, ona de, sənə torpaq versin. Verməsə, onun otağında özünü doğra. Dedi ki, belə bir addım atan kimi, nə qədər istəsəm torpaq verəcək”. 

Şikayətçi deyir ki, S.Əliyev bələdiyyə üzvünün otağında özünü doğraması üçün ona 500-600 manat pul verəcəyini də boyun olub. 

Onun sözlərinə görə, Maşallah adlı bələdiyyə sədrindən torpaq istəsə də, bələdiyyə sədrinin təklif etdiyi puldan imtina edib və təklifini rədd edib. 

Başqa bir fakata diqqət çəkək: 2011-ci ildə Masazır qəbiristanlığında dəfn edilmiş Quliyeva Qaragöz Vüqar qızının məzarını ziyarət etməyə gedən yaxınları 2013-cü ildə gördükləri mənzərədən şoka düşüblər. 

Çünki onların doğmalarının uyuduğu məzar artıq yerində yoxdur, daha doğrusu yerindədir, amma onlara məxsus deyil. Quliyevlər özlərinə məxsus məzarın yerində başqa bir məzarla qarşılaşıblar. 

Sonradan aydın olub ki, Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev tərəfindən Quliyeva Qaragöz Vüqar qızına məxsus başdaşı  dağıdılıb, məzarın üzəri isə daş lövhələrlə üzlənərək yeri kimi imkanlı bir iş adamına satılıb.

 Keçmiş MTN-nin hazırda həbsdə olan generalı Akif Çovdarov

Adı müxtəlif qalmaqallarda hallanan bələdiyyə sədrinin sabiq MTN generalı Akif Çovdarovla da sıx əlaqələri olub. 

Belə ki, Masazır bələdiyyəsinin sədri, adı hər zaman ölkə mətbuatında müxtəlif qalmaqallarda hallanan Siyanfər Əliyev zamanında Baş Prokurorluqda Akif Çovdarov məsələsi ilə bağlı ifadə verib. 

MTN genralı Çovdarovun sağ əli kimi tanınan və biznes şərikliyi olan Siyənfər Əliyevin məsuliyyətdən hansı dostlarının sayəsində azad edildiyi müəmma olaraq qalır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

шаблоны для dle 11.2
Tarix: 30-05-2019, 01:42




Xəbər lenti