İSLAHATLAR “BİNƏ” BAZARINDA “UĞURLA” DAVAM EDİR !!!


“ƏGƏR SAHİBKARLIĞIN VƏZİYYƏTİ VƏ SAHİBKARLARIN TALEYİ BU ADAMLARA TAPŞIRILACAQSA …” !!!

Fb-NİN GÜNDƏMİNDƏN

“Binə” bazarında çalışan sahibkarlar gömrük rüsumunun ödənməsinə baxmayaraq mallarının bir aydan çox gömrükdə saxlanmasından, Binə bazarının rəhbərliyinə 1500-3500 manat “vergi” vermələrindən, təqribən 20 kv.m sahəsi olan mağazaya 170 man işıq pulu ödəməyə məcbur edildiklərindən və s. şikayət edirlər. Əlavə olaraq da qanunda nəzərdə tutulmuş vergini və digər ödəmələri həyata keçirirlər.

Sahibkarlar nə qədər “yüklənsələr” əziyyəti sadə insanlar-alıcılar çəkir və daha baha qiymətə mal almağa məcbur olurlar.

Gömrük Komitəsinin rəhbərliyinə gətirilən Səfər Mehdiyev əvvəllər də bu orqanın rəhbər strukturlarında çalışıb, bütün fırıldaqların, maxinasiyaların mərkəzində olub.

Kəbirə adlı “Binə” bazarının rəhbərinin adı isə həm sahibkarların haqqını-hüququnu pozaraq onlardan külli miqdarda “vəsait” toplamaqda, həm də maliyə fırıldaqlarında, büdcədən milyonnlarla vəsaitin gizlədilməsində, oğurlanmasında hallandırılıb.

Bu adamların əmlakıarının miqdarı yəqin ki, milyonlarla deyil, on milyonlarla, yüz milyonlarla ölçülür.

Əgər ölkəmizdə sahibkarlığın taleyi bu cür adamlara tapşırılacaqsa sahibkarlıq inkişaf etməyəcək .

Bütün normal ölkələrdə yeni iş yerini sahibkarlar açır, bunun üçün sadəcə sahibkara şərait yaradılmalıdır…

шаблоны для dle 11.2
Tarix: 2-06-2019, 00:48




Xəbər lenti