“Bunu da təkzib edin ki, Tiqron Petrosyan…” – SALEH MƏMMƏDOVUN OĞLUYLA BAĞLI DAHA BİR ŞOK


“Bunu da təkzib edin ki, Tiqron Petrosyan…” – SALEH MƏMMƏDOVUN OĞLUYLA BAĞLI DAHA BİR ŞOKAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "AAYDA) rəhbəri Saleh Məmmədovun oğlu ilə bağlı qalmaqallı xəbərlər bir-birini əvəz edir. Məlum bir milyonluq saat iddiasının təkzib edilməsinin dərhal ardınca Saleh Məmmədova şok yaşadacaq növbəti zərbəyə şahidlik etdik.

Sfera.az-ın məlumatına görə, araşdırmaçı jurnalist Cavanşir Həsənli son paylaşımında agentlik rəhbəri üçün başağrısına çevrilə biləcək şok ittihamlarla çıxış edib:

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsi İspaniyada saatını oğurlatdıran şəxsin Saleh Məmmədovun oğlu Sübhan Məmmədli olduğu barədə məlumatı təkzib edib ki, guya qərəzli məlumat yaymışam. Əlbəttə, ispan polisinin ad açıqlamaması onlara belə təkzib cəsarəti verib.

Onlar belə cəsarətə gəlmişkən Saleh Məmmədovun oğluna aid aşağıda təkrar paylaşdığım sənədləri də təkzib etmələrini səbirsizliklə gözləyirəm. Susmayın, cəsarətli olun, bunları da təkzib edin, deyin ki, Sübhan Məmmədlinin Britaniyada milyonlarla aktivi olan belə bir şirkəti, şərkətinin tərəfdaşları sırasında Tiqran Petrosyan adlı şəxs yoxdur, bunlar İngiltərə rəsmi orqanlarının qərəzidir və s”.

Qarşı tərəfin fikirlərini dinləməyə və mövqeyini dərc etməyə hazırıq.
“Bunu da təkzib edin ki, Tiqron Petrosyan…” – SALEH MƏMMƏDOVUN OĞLUYLA BAĞLI DAHA BİR ŞOK
“Bunu da təkzib edin ki, Tiqron Petrosyan…” – SALEH MƏMMƏDOVUN OĞLUYLA BAĞLI DAHA BİR ŞOK
“Bunu da təkzib edin ki, Tiqron Petrosyan…” – SALEH MƏMMƏDOVUN OĞLUYLA BAĞLI DAHA BİR ŞOK


шаблоны для dle 11.2
Tarix: 27-06-2019, 15:50




Xəbər lenti