“Beyin işçiləri”nə dəhşətli zərbə: yanvardan KİV-lərin pulu kəsilir - ÖZƏL

“Beyin işçiləri”nə dəhşətli zərbə: yanvardan KİV-lərin pulu kəsilir - ÖZƏL Ölkənin bəzi KİV-ləri böhran dövrünü yaşayır

Iqtisadi şərait onların fəaliyyətinə ciddi təsir edib.

Bəzi elektron və çap mediasının aylıq gəlirləri azalıb. Buna səbəb onları himayə edən iri ranqlı məmurların verdiyi pulu kəsməsi olub.

Bu da həmin redaksiyalarda ixtisarlarla müşahidə oluna bilər. Yanvardan isə maliyyənin daha çox azalacağı gözlənilir.


İqtidardakı ayrı-ayrı dairələrin maliyyələşdirdiyi xəbər agentlikləri, media holdinqləri, informasiya portalları, o cümlədən qəzet redaksiyalarının maddi durumu 2016-cı ilin son aylarında ağırlaşıb.

Bəzi redaksiyalarda gizli şəkildə ixtisarlar aparılıb, ştatlar azaldılıb, bəzilərinin aylıq gəlirləri kəsilib, bir sıra rubrikalar, layihələr bağlanıb.

Bu prosesin getdikcə dərinləşəcəyi, bəzi saytların, KİV-lərin fəaliyyətinə xitam veriləcəyi gözlənilir. Hakimiyyət artıq fəaliyyəti onu qane etməyən, israfçılıq yaradan bəzi KİV-lərlə vidalaşmağa hazırlaşır.

Bu məsələdən həmin KİV-lərin rəhbərləri də agahdır. Onlar maksimum dərəcədə vəziyyətdən çıxmağa, ən azı qənaət etməyə çalışır.

Dövlət vəsaiti ilə çap olunan qəzetlərin də qənaətə keçməsi, ixtisarlar aparması və hətta bəzi qəzetlərin bağlanması ehtimalı var.

Devalvasiya ölkənin "beyin işçiləri" adlanan təbəqəsinin də həyatını çətinləşdirib. Ölkə iqtisadiyyatında baş verənlər təbii olaraq mətbuata da təsirsiz ötüşməyib.

Kağızın qiymətinin, poliqrafiya xərclərinin artması, ölkədə müşahidə olunan bahalaşma, gözlənilən ixtisarlar mətbuatı, jurnalistləri də çətin vəziyyət qarşısında qoya bilər.

Neft pulları hesabına KİV-ə dəstək verilməsi periodu artıq arxada qalıb. Həmçinin redaksiyalarda jurnalistlərin əmək haqlarının artırılması vacibdir.

Son devalavasiyadan sonra orta maaş məbləği sayılan 500 manat dəyərinin yarısını itirib. Redaksiyalar innovativ metodlar axtarıb tapmalı, yaradıcı mühit genişləndirilməlidir. Əmək haqqı ödənilərkən peşəkar jurnalist əməyi ilə digərləri fərqləndirilməlidir.

Politika.Az
Tarix: 19-12-2016, 09:19




Xəbər lenti