Azərbaycanlı gənc Almaniyaya gedib mağazadakı qiymətləri müqayisə etdi – Video

Azərbaycanlı gənc Almaniyaya gedib mağazadakı qiymətləri müqayisə etdi – Video Redaksiyamıza daxil olan bu görüntülər bizim kimi, sizin də diqqətinizi cəlb edəcək

24saat.org A24.Az-a istinadən xəbər verir ki, Almaniyada yaşayan bir Azərbaycan vətəndaşı hər iki ölkədə satılan ərzaq məhsullarındakı qiymət fərqini və insanların aldıqları maaşı müqaisə edib.


Almaniyada minimum 2868 manat əmək haqqı alan bir vətəndaş mağazadan ehtiyacı olan ərzaq məhsulunu su qiymətinə, yəni ucuz alır. Amma Azərbaycanda minimum əmək haqqı 155 manata olan bir insan isə öz yerli məhsulunu 2 qat bahasına əldə edir.

Gündəlik istifadə olunan yağdan tutmuş bananın, pivənin qiymətlərini müqayisə edən azərbaycanlı gənc “burada ərzaqlara qoyulmuş qiymətlərə diqqət yetirin, yəni ərzaqlar bu ölkənin insanları üçün “havayıdır” demək olar” bildirərək müqayisəsini yekunlaşdırıb.

Sözügedən videogörüntünü təqdim edirik:
Tarix: 29-12-2016, 21:03




Xəbər lenti