Serj Sarkisyan “köhnə skripkasında” ifasını davam etdirir - rusiyalı politoloq

Serj Sarkisyan “köhnə skripkasında” ifasını davam etdirir - rusiyalı politoloq Azərbaycan ilə Ermənistan prezidentlərinin görüşündən nəsə gözləməyə dəymirdi.

Bu barədə SalamNews-a politoloq Yevgeni Mixaylov deyib.

Onun sözlərinə görə, rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif təkliflərin olmasına baxmayaraq, Ermənistanın məqsədi Cənubi Qafqazda ikinci erməni dövləti yaratmaqdır: “Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsini yaradanlardan biridir, elə bu səbəbdən də hakimiyyətə gəldi. O, ümumi geosiyasi vəziyyətə diqqət yetirmir və “köhnə skripkasında” ifasını davam etdirir. Münaqişənin həlli ilə bağlı hər hansı dəyişiklik Ermənistan prezidenti vəzifəsindən gedəndən sonra, yaxud bu istiqamətdə gözlənilməz dəyişikliklərdən sonra mümkün ola bilər”.
Tarix: 21-10-2017, 17:45




Xəbər lenti