“Şimal ayısı” mövqelərini gücləndirir GEOSİYASƏT

“Şimal ayısı” mövqelərini gücləndirir GEOSİYASƏT
“The Washington Post” Rusiyanın “Taliban”la diplomatik münasibətlər qurduğunu və bununla siyasi strategiyasını genişləndirdiyini iddia edir

Son zamanlar Azərbaycanla sərhədlərə malik olan Rusiyanın beynəlxalq aləmdəki mövqeyinin güclənməsi bu Şimal ölkəsinin hətta tətbiq edilən sanksiyalar qarşılığında geri çəkilmədiyini əksinə, daha aktiv fəaliyyətə keçdiyini sübut edir. Belə ki, Yaxın Şərq regionunda, eləcə də Mərkəzi Asiya bölgəsində Rsiyanın təsir gücünün artması ABŞ-ın mövqeyinin zəiflədiyini göstərməkdədir. Hətta bu barədə Amerika mətbuatı da yazır və bir sra sənədli-sübutlu faktları ictimailəşdirir.


Dekabr ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov hindistanlı diplomatlarla görüşündə bəyan etmişdi ki, Moskva “Taliban” hərəkatı ilə (bu hərəkat, Rusiyada terror təşkilatı kimi tanınır-red.) diplomatik əlaqələri dəstəkləyir. “SƏS” Media Qrupu xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Post” nəşrinin analitiki Samuel Ramaninin məqaləsində qeyd olunub. (Məqalənin orijinalını bu linkdən oxuya bilərəsiniz - https://www.washingtonpost.com/news/monkey-cage/wp/2018/01/15/russia-is-looking-to-engage-with-the-taliban-heres-why/?utm_term=.d57d00440126)

Məqalənin müəllifi sual edir ki, Lavrovun bu kimi aşkar ifadələri nəyə əsaslanır? “O, bəyan edib ki, Əfqanıstanda baş verən silahlı münaqişənin sülh yolu ilə həlli taliblərin iştirakı olmadan davam edə bilməz və “Taliban”la dialoq Əfqanıstanda və Mərkəzi Asiyada terrorun yayılması riskini azaldacaq.

Rusiya öz strategiyasına yönəlik beynəlxalq konsensus qurmağa çalışır və ABŞ-ın hegemoniyası ilə müqayisədə öz statusunu möhkəmləndirməyi düşünür


Lakin müəllif həmçinin qeyd edir ki, bu da son deyil: “Mənim tərəfimdən Rusiyanın Əfqanıstana münasibətdə strategiyasını araşdırmalarım göstərir ki, Moskvanın taliblərlə əlaqələri bu ekstremist islam təşkilatına qarşı beynəlxalq aləmin baxışını şübhə altına qoymağa hesablanıb. Rusiyalı siyasilər Əfqanıstandakı vəziyyətin normallaşmasında maraqları olduqlarını gizlətməyən talib qruplaşmaları ilə əlaqələri dəstəkləyirlər və müharibə nəticəsində dağıdılmış ölkədə fəaliyyət göstərən, eləcə də vəziyyəti destabilizə etmək üçün cəhdlər edən digər qruplaşmalarla əlaqələrdən qaçırlar. Moskvanın taliblərə münasibətdəki seçim strategiyası Vaşinqtonun bu əfqan savaş qruplaşmasına qarşı münasibətindən kifayət qədər fərqlənir. Bu, onu sübut edir ki, Rusiya öz strategiyasına yönəlik beynəlxalq konsensus qurmağa çalışır və ABŞ-ın hegemoniyası ilə müqayisədə öz statusunu möhkəmləndirməyi düşünür”.

“Rusiya rəsmi olaraq, “Taliban”ı terror təşkilatı kimi tanımaqda davam edir. Lakin Moskva 2007-ci ildən başlayaraq, qeyri-rəsmi şəkildə “Taliban” hərəkatının üzvləri ilə diplomatik əlaqələri dəstəkləyir”-deyə məqaləsində qeyd edən Samuel Ramani əlavə edir ki, bu kimi tərs mütanasib siyasət Rusiyanın “Taliban”ı iki əsas düşərgəyə bölməsi marağına əsaslanır: “Birinci düşərgə hərəkatın sülh danışıqlarında iştirakda və transmilli terrorizmin məhvində maraqlı olan loyal üzvləri cəmləşir. İkinci düşərgədə, əksinə, Əfqanıstanın qanuni hakimiyyətini devirməkdə maraqlı olan obstruksionistlər toplaşır. Rusiya siyasətçiləri bu iki düşərgə arasında müşahidələrini aparmaqla “Taliban” liderlərinin orta və yüksək ranqlı komanda heyətinin strateji maraqlarını və siyasi baxışlarını analiz edirlər. Xüsusilə, onlar (ruslar-red.) İŞİD silahlılarının yüksək konsentariyasının olduqları regionlarda kifayət qədər siyasi təsirlərə malik olan, o cümlədən, natkotiklərin yayılmasına qarşı çıxan taliblərlə əlaqə qurmağa can atırlar. Belə ki, “Taliban” və İŞİD ideoloji düşməndirlər, Rusiya İŞİD-in güclü pladstarmları olduğu Qərbi Əfqanıstan regionundaŞ məsələn Xorasanda fəaliyyətdə olan talib silahlılarını müttəfiq hesab edir.

2015-ci ilin dekabrında Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) terrorla mübarizə üzrə sabiq eksperti Filip Madd bəyan etmişdi ki, Rusiya İŞİDl-lə müharibə aparan “Taliban”a tez-tez kəşfiyyat məlumatları ötürür. Bundan əlavə, guya Rusiya Xorasandakı “Taliban” silahlılarını atıcı silahlarla təchiz edib və taliblərin bu regionda hərbi hazırlıqları ilə məşğul olan İranın fəaliyyətini dəstəkləyib”.

Amerikalı müaəllif məqaləsində yazır ki, Moskva Əfqanıstandan Mərkəzi Asiyaya doğru olan narkotrafiklə bağlı narahatlığını gizlətmir. Bu baxımdan, “Taliban”ın narkotiklərin qanunsuz dövriyyəsinə qarşı çıxan üzvləri praqmatik planda partnyorlara çevrilirlər: “Moskvanın Beynəlxalq əlqələr və dünya iqtisadiyyatı İntsitunun eksperti Yekaterina Stepanova bir müddət əvvəl bizə (“The Washington Post”-a-red.) verdiyi müsahibəsində qeyd etmişdi ki, Rusiya hakimiyyəti 2000-ci ilin iyulunda molla Ömərin xaş-xaş istehsalına qadağa qoyması qərarını dəstəkləmişdi. Rusiya bu siyasəti ayaqda saxlamaq və inkişaf etdirmək istəyən və narkotirklərin Əfqanıstandan Mərkəzi Asiyaya, oradan isə Rusiyaya keçməsinin qarşısını almağa çalışan “Talib” üzvlərini partnyorlar kimi qiymətləndirirlər”.

Beləliklə, amerikalı müəllif Rusiya hakimiyyətinin terrora və narkotiklərə qarşı çıxış edən talib qruplaşmaları ilə əməkdaşlığını uğurlu hesab etdiyini yazır. SİTAT: “Rusiya prezidentinin Əfqanıstandakı fövqəladə nümayəndəsi Zamir Kabulov bəyan edib ki, “Taliban” hərəkatının loyal üzvləri ilə dialoq müsbət nəticələrə gətirib-çıxara bilər. Öz sözlərinin sübutu kimi o, 1995-1996-cı ildə Moskvanın girovların azad olunması böhranının uğurla aradan qaldırmasını göstərib. Rusiyanın taliblərə yönəlik mövcud diplomatik təşəbbüsləri bu uğuru təkrarlamağa və islam ekstremist təşkilatları ilə diplomatik münasibətlərin qurulması modelinin yaradılmasına istiqamətlənib ki, həmin modeli münaqişələrin baş verdiyi digər zonalarda da tətbiq etmək olar”.

“Taliban”la əlaqələr qurmaq üçün Pakistan ABŞ-ı Rusiya ilə əməkdaşlığa çağırıb, Hindistan isə ABŞ ilə Rusiya arasında “körpülərin qurulması”na çalışır

Amerikalı müəllif sözügedən məqaləsində Rusiyanın 2016-cı ilin dekabrından başlayaraq, Əfqanıstandakı böhranın aradan qaldırılmasında fəallaşdığını yazır və qeyd edir ki, Birləşmiş Ştatlar “Taliban”la danışıqlarda iştirak etməkdən boyun qaçırıblar: “Lakin bu danışıqların genişləndirilməsi və Rusiyanın 2017-ci ildə Mərkəzi Asiya, İran, Hndistan və Əfqanıstanın da qatılacağı, ümumilikdə 11 ölkənin iştirak edəcəyi görüşünə qədər Çin və Pakistanla 2016-cı ilin dekabrında keçirdiyi üçtərəfli sammiti şahidlik edir ki, Moskva tərəfindən “Taliban” hərəkatı ilə əməkdaşlıq istiqamətində hazırlanmış seçim strategiyası tanınmaqdadır.

Avropa liderləri “Taliban”la diplomatik dialoqa getməkdə ya maraqsızdırlar, ya da buna könülsüz razılıq verirlər, lakin rusiyayönlü əfqan siyasətçiləri Rusiya ilə yanaşı, “Taliban”la əməkdaşlığa getməyə hazır olan bəzi Avropa ölkələrinin də strategiyaları lə maraqlandırlar. Əfqanıstanın keçmiş kremlyönümlü prezidenti Həmid Kərzayi 2017-ci ilin aprelində bəyan etmişdi ki, Norveç və Almaniya uzun illərdir ki, “Taliban”la danışıqlar aparırlar, Rusiyanın taliblərlə əlaqələrinə görə Qərbin tənqidi isə onun sözlərinə görə ikili standartların göstəricisidir”.

“The Washington Post”un analitiki Samuel Ramani onu da yazır ki, “Taliban”la əlaqələr qurmaq üçün Pakistan ABŞ-ı Rusiya ilə əməkdaşlığa çağırıb, Hindistan isə ABŞ ilə Rusiya arasında “körpülərin qurulması”na çalışır və bununla Əfqanıstana yönəlik mövqelərini yaxınlaşdırmağa səy göstərir. Rusiyalı siyasətçilər ümid edirlər ki, “Taliban”la seçim strategiyasının populyarlığının artması ABŞ-a stimul verə bilər və onlar (Amerika hökuməti-red.) bu islam ekstremist qruplaşması ilə diplomatik münasibətlərin qurulmasına mövqelərini dəyişə bilərlər”.

Rusiyanın nəhəng “derjava” olması barədə iddiaları öz təsdiqini tapır?


Müəllif hesab edir ki, artıq bunun üçün presedent mövcuddur: “Belə ki, ABŞ 2012-ci ildə “Taliban”la gizli danışıqlar aparıb və rusiyalı siyasətçilər hesab edirlər ki, beynəlxalq təzyiqlər nəticəsində və Əfqanıstanda fəal hərbi əməliyyatlar mühitində Vaçinqton Obamanın vaxtında olduğu kimi əməkdaşlıq strategiyasına geri dönə bilər. SİTAT: “Əgər Birləşmiş Ştatlar Rusiyanın nümunəsini qəbul edərsə və “Taliban”la diplomatik əlaqələri dəstəkləyərsə, beynəlxalq ictimaiyyətdə Rusiyanın nəhəng “derjava” olması barədə iddiaları öz təsdiqini tapacaq, güclənəcək. Moskvanın beynəlxalq böhranlarla bağlı cavab addımları, məsələn Suriya, Əfqanıstan, Şimali Koreya ilə bağlı siyasi baxışları bilavasitə ABŞ-a qarşı güc nümayişinə hesablanıb. Bu onu göstərir ki, həmin statusun əldə olunmasına doğru atılan addımlar, Moskvanın “Taliban”la əlaqələrnin uğurla, ya da uğursuzluqla nəticələnməsi ciddi fəsadlarla bağlıdır. Qısacası, Rusiyanın “Taliban” hərəkatının loyal üzvləri ilə əməkdaşlıq seçimi ABŞ-n bu əfqan hərbi təşkilıatı ilə danışıqlar strategiyasını şübhə altında qoyur. Rusiyalı siyasilərin də Əfqanıstanda sülhün bərqərar olunması istiqamətindəki fəaliyyətləri, “Taliban”la diplomatik münasibətlər qurmaları Rusiyanın nəhəng ölkə statusunu möhkəmləndirəcək və bu ölkə bütün dünyada böhranlı situasiyaların həll olunmasında əvəzsiz ortağa çevriləcək”.

Beləliklə, görünən budur ki, amerikalı müəllif ölkəsinin ən nüfuzlu nəşrində Rusiyanın siyasi planları baxımndan, eləcə də strateji hədəfləri cəhətindən ABŞ-ı üstələdiyini yazır və bu faktor “Şimal ayısı”nın yaxın ərəfələrdə beynəlxalq aləmdəki mövqelərinin daha da gücləndirəcəyindən xəbər verir.шаблоны для dle 11.2
Tarix: 16-01-2018, 23:40




Xəbər lenti