Mirmahmud Mirəlioğlu "Əli Kərimlinin müdaxiləsi" haqda danışmaq istəmir: KXCP-ni kim "qaynadır"?

 “Ciddi təşkilatlar haqqında çox iddialar irəli sürülə bilər, ancaq onları yerinə yetirmək mümkün olmaz”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) daxilində gərginlik yaradılmasında təsiri haqda xəbərlərə münasibət bildirən KXCP sədri Mirmahmud Mirəlioğlu deyib.
Son günlər mediada KXCP daxilində “Səmt küləkləri”nin əsdiyinə dair məlumatlar intensivləşib. Bildirilir ki, KXCP üzvü, bu ilin fevralında partiyanın Məclis üzvlüyündən xaric edilən Oqtay Güləliyev təşkilata sədrlik uğrunda iddiasını açıq formada ortaya gətirib. Güləliyevin sosial şəbəkələr və media vasitəsilə KXCP sədri Mirmahmud Mirəlioğluna yönəlik hücumlarının da bu iddiadan qaynaqlandığı deyilir. O, KXCP sədrini “hakimiyyətin maraqlarına uyğun siyasət yürütməkdə” suçlayır.
Ancaq məsələnin maraqlı tərəfi budur ki, Güləliyevin Mirəlioğluna qarşı bu cür ayaqlanmasının arxasında AXCP sədri Əli Kərimlinin dayandığı iddia edilir. Qeyd olunur ki, Güləliyevin KXCP sədri postuna gətirilməsinə dəstək verən Kərimli bununla sözügedən partiyanı AXCP-nin “peyk”inə çevirməyi düşünür. Kərimlinin ötən dövrlərdə analoji kombinasiyalardan istifadə etdiyini nəzərə aldıqda, bu iddiaları ciddiyə almaq lazım gəlir.
Lakin KXCP sədri Mirmahmud Mirəlioğlu Yenicag.az-ın bu məsələyə dair sualını cavablandırmaq istəməyib:
“Başqa sualınız varsa, buyurun, ancaq bu məsələ mənim maraq dairəmdə deyil. Düzdür, bu məlumatlar bizim partiya barəsindədir, ciddi təşkilatlar haqqında çox iddialar irəli sürülə bilər, ancaq onları yerinə yetirmək mümkün olmaz. Ona görə də, məni məzur tutun, bu sualınızı cavablandırmıram”.
A.Zeynalovшаблоны для dle 11.2
Tarix: 20-07-2018, 17:25




Xəbər lenti