“Mən Putinin qorxunc röyası olacam” - Tramp Helsinki uğursuzluğunu unutdurmaq istəyir...







Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə yeni görüş olacağını və artıq hazırlıqlar aparıldığını təsdiq edib. O, CNBC telekanalına bu gün verdiyi müsahibədə bildirib ki, belə bir görüş üçün “işlər gedir”.

O, bir daha öz fikrini təkrar edib ki, Rusiya ilə və şəxsən Putinlə yaxşı əlaqələr olmasını çox istəyir. Amma, ABŞ prezidentinin sözlərinə görə, istisna deyil ki, bu alınmasın və Putinlə dialoq uğursuz bitsin. 
“Belə olan halda mən Putinin qorxunc röyası olacağam” - Tramp xəbərdarlıq edib.

Hiss olunur ki, Donald Tramp bu sözləri deməklə, Helsinki görüşündə uğursuz çıxış etdiyinə görə onu tənqid atəşinə tutan Amerika ictimaiyyəti qarşısında özünə bəraət qazandırmaq istəyir.
шаблоны для dle 11.2
Tarix: 21-07-2018, 07:32




Xəbər lenti