Dörd dövlətin PLANI, Azərbaycan təkcə YEDDİ RAYONU... – GÜNÜN SİYASİ XÜLASƏSİ

 ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaradılmış imkanlardan istifadə edəcək. Türkiyə Silahlı Qüvvələri böyük hərbi təlimə hazırlaşır. Türkiyə “S-400” zenit-raket komplekslərindən imtina barədə şərti irəli sürülərsə, ABŞ-dan “Patriot” sistemləri almayacaq. ABŞ və Fransa qoşunların Suriyadan çıxarılacağı barədə bir-birinin ardınca açıqlamalar verib. Rusiya ilə danışıqlarda söhbət iki dövlətin birləşməsindən getmir.
ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaradılmış imkanlardan istifadə edəcək.Bunu ATƏT-in hazırkı sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Vyanada brifinq zamanı deyib.
O qeyd edib ki, ATƏT regionunda və ümumiyyətlə, bütün dünyada əsas problemlər daha çox əməkdaşlıq və dialoq aparılmasını tələb edir:
“Slovakiya 2019-cu ildə ATƏT-də sədrliyi zamanı tərəfdaş və vasitəçi rolunda ədalətli olmaq istəyir. Biz diqqətimizi münaqişələrin həllində vasitəçilik və münaqişələrin qarşısının alınması, həmçinin onların insanlara təsiri məsələlərinə cəmləyəcəyik. Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin nizamlanması prosesində yaradılmış imkanlardan istifadə etmək istiqamətində işimizi davam etdirəcəyik”.
“ABŞ və Böyük Britaniya Ermənistanda yüksək fəallıq göstərir. Bu neqativ haldır. Çünki Rusiya ilə hərbi əməkdaşlığın itirilməsi avtomatik olaraq Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə nəticələnəcək. Ermənistanın indiki hakimiyyəti bunu anlamır”. Bu barədə ermənipərəst mövqeyi ilə tanınan rusiyalı hərbi ekspert Vladimir Yevseyev deyib.
Türkiyə Silahlı Qüvvələri böyük hərbi təlimə hazırlaşır. TSQ ilk dəfə Türkiyəni əhatə edən bütün dənizlərdə nəhəng təlimlərlə güc nümayişi edəcək.
27 fevral-3 mart tarixləri arasında 462 min km ərazidə baş tutacaq “Mavi vətən” təlimlərinə Hərbi-Dəniz Qüvvələri ilə yanaşı, Quru və Hava Qüvvələri də qatılacaq. Yunanıstanın türk ordusuna həqarətli sözlərinin cavabı olaraq aparılacaq təlimlər rəsmi Afinanın iddia etdiyi mübahisəli bölgələri də əhatə edir.
“Mavi vətən 2019” eyni zamanda, Aralıq dənizində bir müddətdir ki, təlimlər keçirən Misir, Yunanıstan, İsrail və Cənubi Kiprə göz dağı olacaq.
Türkiyə “S-400” zenit-raket komplekslərindən imtina barədə şərti irəli sürülərsə, ABŞ-dan “Patriot” sistemləri almayacaq. Bu haqda NTV telekanalının efirində Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.
“Türkiyə gələcəkdə “Patriot” sistemlərini əldə edə bilər, amma bunu “S-400”-lərdən imtina şərti irəli sürülməsi halında mümkün hesab etmir”, - Çavuşoğlu deyib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyada baş verən son hadisələr və ABŞ-ın bölgədən geri çəkilməsi ilə bağlı sualları cavablandırıb.
“Uzun müddətdir ki, ABŞ-dan terrorçulara dəstək verməməyi istəyirik. Biz Fəratın şərqinə hərəkata başlayacağıq deyəndən sonra ABŞ Suriyadan çəkiləcəyini açıqladı. ABŞ-ın təhlükəsizlik qüvvələrinin rəhbərləri bu çəkilmə məsələsindən yan keçməyə başladılar. Əvəzində nə dedilər: “Türklər kürdləri qətlə yetirməsin”. Biz daha əvvəl də Afrin əməliyyatını keçirmişik. Niyə onda yox, indi danışırlar?
Nəhəng bir dövlətin NATO müttəfiqliyimizə və əməkdaşlıqlarımıza rəğmən, bir terror təşkilatına sığınması doğru deyil. Rəcəb Tayyib Ərdoğan da bir söz verdisə, onu tutacaq. Münbiç yol xəritəsinin tətbiq edilməsi və Fəratın şərqindəki YPG-nin tamamilə çəkilməsi önəmlidir. Biz bu işin arxasınca getməyi heç zaman buraxmadıq. Bizim YPG-yə qarşı hərəkatımız ABŞ-ın geri çəkilməsinə bağlı deyil. İndi ABŞ çəkiləcəyini deyir, amma ortada çəkilməməsi üçün çalışanlar var. Donald Trampın verdiyi söz bizim üçün keçərlidir. Bolton və digərləri isə çəkilməməklə bağlı üstüörtülü açıqlamalar verir. Burada Trampın verdiyi söz bəllidir”, - Çavuşoğlu qeyd edib.
Suriyadakı kürd hərbi dəstələri Rusiyaya müraciət edərək Suriya hökumətiylə müqavilə imzalanmasına yardım etməsini istəyiblər. Bu məlumatı “Vaşinqton Post” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet kürdlərin bunun sayəsində Türkiyə tərəfindən olacaq hücumun qarşısını almağa çalışdıqlarını bildirib.
ABŞ-ın çətiri altında Suriyaya hərbi birliklər göndərən, amma istədiklərini əldə edə bilməyən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misir fətvadan istifadə etməyə başlayıb.
ABŞ və Fransa qoşunların Suriyadan çıxarılacağı barədə bir-birinin ardınca açıqlamalar verib. ABŞ-ın dövlət katibi Mayk Pompeo Misir səfəri zamanı verdiyi açıqlamasında ölkəsinin İŞİD-lə mübarizəni davam etdirəcəyini və ordunun Suriyadan çıxarılacağını söyləyib.
“ABŞ Yaxın Şərqdə qərarlı bir tərəfdaş olaraq qalacaq”, - Pompeo deyib.
Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian isə Suriyada siyasi həll tapılandan dərhal sonra bu ölkədən çıxacaqlarını açıqlayıb.
“İraqda hərbi olaraq mövcuduq. Suriyada da bir az hərbi varlığımız var. Rusiya Suriya münaqişəsinə siyasi həll tapılmasına görə məsuliyyət daşıyır”, - nazir ölkəsinin “C-News” telekanalına müsahibəsində söyləyib.
ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanaxan F-35 təyyarəsini sərt tənqid edib.Bu məlumatı “Politiko” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb.
Məlumata görə, Pentaqonun yüksək vəzifəli rəsmiləri ilə görüşdə Şanaxan F-35 layihəsinin uğursuzluğa düçar olduğunu və “Lokhid Martin” şirkətinin bu proqramı artıq necə reallaşdıracağını bilmədiyini deyib. Şanaxan həmçinin proqramın gerçəkləşdirilməsi üçün nəzərdə tutulan maliyyənin ABŞ-ın təmin edə bilməyəcəyi səviyyədə olduğunu bildirib.
Rusiya ilə danışıqlarda söhbət iki dövlətin birləşməsindən getmir. Bu haqda Minskdə müşavirədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
Rusiya Qərb istiqamətində yeganə müttəfiqini itirə bilər. Bu haqda Minskdə müşavirədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
шаблоны для dle 11.2
Tarix: 10-01-2019, 21:05




Xəbər lenti