Kremldən "S-400" açıqlaması: Türkiyə...

 Rusiya "S-400" zenit-raket kompleksləri ilə bağlı Türkiyənin mövqeyini alqışlayır.
Publika.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat kaibi Dmitri Peskov “Rossiya-1” telekanalında çıxışı zamanı deyib.
Peskov qeyd edib ki, dünyada suveren siyasət yeridən az ölkə tapmaq olar.
"Rusiya və Türkiyə belə ölkələrdəndir", - o bildirib.
Qeyd edək ki, aprelin 8-də Rusiya prezidenti Vladimir Putinlə görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “S-400” məsələsinin artıq bitdiyini bəyan edib.
Aprelin 3-də isə ABŞ-ın vitse-prezident Maykl Pens Türkiyəni NATO və “S-400” arasında seçim etməyə çağırıb.шаблоны для dle 11.2
Tarix: 14-04-2019, 22:49




Xəbər lenti