Qarabağ Komitəsi mitinqin vaxtını dəyişdi


Aprelin 15-də Qarabağ Komitəsinin İdarə Heyətinin iclası keçirilib. Toplantıda Qarabağ Komitəsinin 20 aprelə təyin etdiyi Qarabağ mitinqi ilə bağlı müzakirələr aparılıb. Eyni tarixə, eyni ünvana Milli Şuranın da mitinq təyin etdiyini nəzərə alan İdarə Heyəti Qarabağ mitinqinin vaxtını dəyişməyi məqsədəuyğun sayıb. Müzakirələrin sonunda 20 aprel mitinqinin təxirə salınması və mitinqin 4 mayda Yasamal rayonu ərazisindəki keçmiş “Məhsul” stadionunda keçirilməsi barədə qərar verilib. Bu barədə musavat.com-a Qarabağ Komitəsinin İdarə Heyətinin üzvü Pənah Hüseyn məlumat verib.


шаблоны для dle 11.2
Tarix: 15-04-2019, 13:21




Xəbər lenti