Müharibə ehtimalı və dollar: Birincinin ikincidəki ƏKS-SƏDASI


Müharibə ehtimalı və dollar: Birincinin ikincidəki ƏKS-SƏDASI

ABŞ ilə İran arasında siyasi gərginliyin artması fonunda dollara tələb artıb.

Maraqlıdır, ABŞ-İran gərginliyi dünyada dolların bahalaşmasına səbəb ola bilərmi?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, gərginliyin artması ticarət dövriyyəsinin zəifləməsinə səbəb ola bilər:

“Hazırda dollarda ciddi bir artım müşahidə olunmur. Dolların dünya valyutalarına qarşı 0.1%-lik dəyişimi özünü göstərir ki, bu da çox azdır. Hələlik dolların dünyada davamlı şəkildə bahalaşıb-bahalaşmayacağı bəlli deyil. Bunun trendə çevrilməsi üçün bir müddət izləmək lazımdır. Bu bəlli olduqdan sonra isə, ciddi analiz etməyə imkan yaranacaq”.

Ekspertin sözlərinə görə, ərazilərin bölünməsi uğrunda davam edən müharibələr gücləndikcə investorlar qızıla və dollara maraq göstərməyə başlayırlar: “Dollara güvən yüksək olduğu üçün hələ də dünyada siyasi və hərbi gərginlik dönəmlərində investorlar öz sərbəst vəsaitlərini dollarda saxlamağa üstünlük verirlər”.

Həmçinin N.Cəfərli bildirib ki, bu proses manatın məzənnəsinə təsir göstərməyəcək:

“Çünki Azərbaycanda məzənnəni bazar müəyyələşdirmir. Məzənnə Mərkəzi Bank və hökumətin qərarı ilə müəyyənləşdirilir. Azərbaycan manatına əsas təsiredici qüvvə neftdir. Nə qədər qəribə səslənsə də, hərbi və siyasi gərginlik neft qiymətlərinə pozitiv təsir göstərir, qiymətlərin artımına səbəb olur. Bu da nəticə olaraq Azərbaycanın gəlirini artırır. Siyasi gərginlikdən çox az ölkələr xeyir görürsə, onlardan biri Azərbaycandır. Neftin qiyməti nə qədər yüksəkdirsə, manatın dayanıqlılığı o qədər möhkəm olacaq. Dünya birjalarıda dollar-avro münasibətlərinə baxdıqda dollar bahalaşdıqca avronun azalma halları müşahidə ediləcək”. 


шаблоны для dle 11.2
Tarix: 18-05-2019, 00:11




Xəbər lenti