Müxalifət bələdiyyə seçkilərinə hazırlaşır ?


Partiya funksionerlərinin bəziləri seçkilərdə iştirakı mütləq hesab etsə də, bir qismi bələdiyyə seçkilərinə əlavə enerji sərf etmək niyyətində deyil...

Bu ilin dekabr ayının 27-də  Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Məlumat olaraq bildirək ki,  Seçki Məcəlləsinə əsasən, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir və bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.  Bələdiyyə seçkilərinin vaxtı 2018-ci ildə elan edilib: 2019-cu il 27 dekabrda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Nəzərə çatdıraq ki, qardaş Türkiyədə, dünyanın müxtəlif ölkələrində bələdiyyə seçkilərinə müxalifət ciddi maraq göstərir. 

Bəs Azərbaycanın müxalifət partiyaları seçkilərə hazırlaşırlarmı?

“Yeni Müsavat”a danışan AĞ Partiya sədri Tural Abbaslı bildirib ki, Azərbaycanda bələdiyyə sistemi ümid olunan formada fəaliyyətə keçmədi:

“Avropanın təzyiqi ilə Azərbaycan hökuməti bələdiyyələr haqqında qanun qəbul etsə də, faktiki olaraq bələdiyyələr, yerli icra hakimiyyətlərinin ”5-ci təkəri" rolunu oynayır və heç bir hüquqları, rəhbərlik etdikləri ərazidə çəkiləri yoxdur. Odur ki, bu cür dişsiz orqanlara maraq da az olur. Bu, istər siyasi partiyalar, istərsə də adi vətəndaşlar tərəfindən belədir. Ona görə də bələdiyyə seçkilərinə partiya olaraq hazırlaşmırıq. Orta hesabla 30 minə yaxın yeni bələdiyyə seçiləcək. Ancaq bu səlahiyyətsiz orqanlar olduğu üçün elə də böyük maraq yoxdur. Siyasi partiyaların hakimiyyətin yaratdığı siyasi vəziyyətdəki durumlarını nəzərə alaraq, məhdud resurslarını bələdiyyə seçkiləri kimi qeyri-ciddi orqana sərf etməsinin tərəfdarı deyiləm. Odur ki, biz AĞ Partiya olaraq bələdiyyə seçkilərinə xüsusi qaydada hazırlaşmırıq. Yerlərdə partiya üzvlərindən kimsə bələdiyyə seçkilərinə namizədliyini irəli sürərsə, buna da qarşı olmarıq. Yəni seçkini birmənalı şəkildə boykot etmirik. Sadəcə olaraq, bu seçkilər bizim siyasi maraqlarımız çərçivəsində deyil. Nə vaxta qədər ki, yerli idarəetmə orqanları bu səviyyədə olacaq, problemlər də həllini tapmayacaq. Azərbaycan hökuməti təcili şəkildə bələdiyyələrə real güc imkanları tanımalı, bələdiyyələrin şəffaf fəaliyyətinə şərait yaratmalıdır. Əks təqdirdə, seçkilərə qatılmağın da mənası yoxdur".

ADP sÉdri SÉrdar CÉlaloÄlu ile ilgili görsel sonucu

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, bununla bağlı qərarı seçki ərəfəsində verəcəklər: “Çalışacağıq ki, bələdiyyə seçkilərində iştirak edək. Mənə elə gəlir ki, Azərbaycanda keçirilən seçkilərə qeyri-adi hazırlığa ehtiyac yoxdur. Seçkilər normal keçirilsə, istənilən vaxt qoşulmaqla uda bilərik”.

XÉzÉr Teyyublu ile ilgili görsel sonucu

KXCP sədrinin müavini Xəzər Teyyublu söylədi ki, onlar bu barədə heç bir müzakirə aparmırlar: “Hələ ki partiya olaraq bu barədə heç bir müzakirə aparılmayıb. Ona görə də qatılıb qatılmamağımızla bağlı konkret fikir söyləmək çətindir. Müzakirə etdikdən sonra yekun qərar verəcəyik”.

Tamilla Qulami ile ilgili görsel sonucu

Ümid Partiyasının sədr müavini Tamilla Qulami bildirdi ki, partiyaları üçün seçkilərdə iştirak prioritetlərdən biri olub:

“Yeganə iştirak etmədiyimiz seçkilər 2018-ci ilin prezident seçkiləri olub. Onun da səbəbi qurultayımızın keçirilməməsi ilə bağlı idi. Bu ilin bələdiyyə seçkilərində iştirak edəcəyik. Artıq rayonlarda yerli şöbələrlə görüşlər olub. Namizədlərin siyahısı hazırlanır. Seçkilərdə iştirak, hər zaman hakimiyyətə bir addım yaxınlaşmaq deməkdir. Nə qədər seçkilərdə iştirak edilmirsə, o qədər insanlarda seçki vərdişi unudulur. Təəssüf ki, son zamanlar müxalifət seçkiləri boykot yolunu tutub. Düşünürəm ki, bu, yanlışdır. Biz partiya olaraq seçkilərdə iştirak edəcəyik”.

VHP Ali Məclisinin üzvü Asif Şəkərli məsələ ilə bağlı söyləyib ki, partiyanın bələdiyyə seçkilərində iştirakı ilə bağlı Siyasi Şuranın tam olaraq qərarı yoxdur:

“Partiyanın rəhbərliyi tərəfindən seçki qərargahına tapşırıq verilib ki, bələdiyyələrə irəli sürüləcək namizədlərin siyahısı hazırlansın. Seçki qərargahı bu yöndə işlərini görür ki, hansı bələdiyyələrə kimin namizədliyi irəli sürsün. Siyahı tam hazır olduqdan sonra namizədlərin siyahısı seçki qərargahlarına təqdim olunacaq”.

Ä°lgili resim

REAL Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli  mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirib ki, seçkilərlə bağlı ilkin toplantı və araşdırmalar keçirirlər: “Belə bir fikrimiz var ki, böyük şəhərlərdə pilot bələdiyyələr seçək. Gənc REAL-çıların bu seçkilərə böyük həvəsləri var. Yerli məclislərin toplantıları da olub. İdarə heyətinə müraciət ediblər ki, belə bir fikir var. Lakin hansı bələdiyyələrdə və bölgələrdə namizədlərimiz olacaq, bununla bağlı ilkin araşdırmalar aparılır. Sumqayıt, Bakı, Gəncə, Qubada araşdırmalar davam edir. Harada imkan və REAL-ın qalibgəlmə şansları olarsa, həmin yerdə pilot bələdiyyələrdə namizədlərimiz olacaq. Bələdiyyə seçkilərində iştirakın strateji hədəflərindən biri də bələdiyyələrdə olan problemlərə dövlətin, hökumətin, cəmiyyətin diqqətini cəlb etməkdir. Bələdiyyələrin əsl səlahiyyətlərlə təchiz olunması üçün müəyyən qanunverici təşəbbüslərlə də çıxış etməyi düşünürük. Bundan başqa, Böyük şəhər bələdiyyəsi ilə bağlı da kampaniyanı davam etmək lazımdır. Bizim belə bir təklifimiz var idi və bununla bağlı Mərkəzi Seçki Komissiyası yoxlamanı bitirməyib. Bu bələdiyyə seçkiləri həm də böyük şəhərlərdə bələdiyyə institutlarının yaradılması və mer seçkilərinin keçirilməsi üçün də bir fürsət açır. Fürsəti dəyərləndirib, məsələnin ölkənin gündəmində daha sıx qalmasına, həll olunmasına çalışacağıq”.

шаблоны для dle 11.2
Tarix: 11-06-2019, 09:13




Xəbər lenti