20 iyula yürüş - mitinq təyin edildi


Müxalifət mitinq üçün müraciətlərdən bezməyib

Yanvar ayından mayın sonlarına qədər müddətdə müxalifət təşkilatlarının ard-arda mitinq müraciətlərinə Bakı Şəhər İcra Hakimiyyəti hər dəfə “yox” cavabı versə də, müxalifət cavabı alan kimi yeni mitinq üçün məktub ünvanlayırdı. Lakin 25 may mitinqi üçün müraciətə mənfi cavabdan sonra bu ənənə təkrarlanmadı. BŞİH-in mitinq üçün müraciətlərə hər dəfə yox cavabı verməsi sanki müxalifəti yorub.

AĞ Partiyanın sədri, ikiyə bölünmüş Azərbaycan Xalq Hərəkatının qanadlarından birinin İdarə Heyətinin üzvü Tural Abbaslı bildirdi ki, müxalifətin mitinqlərə “yox” cavabından yorulduğu barədə deyilənlərlə razı deyil. Mitinq məsələsi gündəmdən çıxmayıb: “Zamanlar olub ki, iqtidar qeyri-rəsmi şəkildə illərlə mitinq yasağı tətbiq edib. Ancaq müxalif düşərgə hər zaman mübarizənin bu metodundan imtina etməyib və sonunda kütləvi tədbir keçirmək istəyini reallaşdırıb. Hətta 2011-ci ildə mənim özüm də başda olmaqla bir çox dostlarım məhz sərbəst toplaşmaq hüququmuzu reallaşdıırdığımız üçün qanunsuz həbsə məruz qalmışıq. Odur ki, müxalifətin yorulduğunu iddia etmək haqsızlıq olar.

Tural Abbaslı ile ilgili görsel sonucu

Həmçinin BŞİH istəsə belə kütləvi aksiyaların qarşısını uzun müddət ala bilməz. Xalqın yığılan etiraz enerjisi əvvəl-axır özünə yol tapar. Bu hal isə ən çox iqtidara sərf etməz. Sadəcə olaraq, hər zaman olduğu kimi yay aylarında siyasi aktivlik dünyada da, ölkəmizdə də azalır. Odur ki, belə siyasi passivlik dönəmində heç bir siyasi quruluş mitinq üçün müraciət etmir. Böyük ehtimalla payız aylarında mitinqlərə yenə də start veriləcək və yenə də bu müraciətlərə neqativ cavab veriləcəksə müxalifət öz konstitusion hüququndan birbaşa istifadə edəcək”.

AÄasif ÅakiroÄlu ile ilgili görsel sonucu

Gələcək Azərbaycan Partiyasının və AXH-nin qanadlarından birinin sədri Ağasif Şakiroğlu da mitinq üçün müraciətlərinə mənfi cavablardan yorulmadıqlarını bildirdi: “Düşünürəm ki, əksinə, mitinqlərə icazənin verilməməsi düşərgənin bir qədər də təşkilatlanması baxımından və ictimai narazılığın düşərgə tərəfindən kontrola götürülməsi baxımından faydalı oldu. Məlumat üçün bildirim ki, iyunun 10-da AXH İdarə Heyətinin toplantısında da mitinq məsələsi geniş müzakirə edildi. AXH növbəti yürüş-mitinq qərarını verdi. Yürüş-mitinq iyulun 20-nə təyin edilib. İyunun 12-də Bakı meriyasına rəsmi müraciəti də təqdim edəcəyik.

Yəni müxalifətin mübarizəsi dayanmayıb. 20 iyul 2019-cu il tarixində saat 17:00-dan 19:00-dək AMAY Ticarət Mərkəzinin qarşısından Xocalı Abidəsinə qədər yürüş təşkil edərək mitinqi Xocalı meydanında davam etdirmək qərara alınıb. İqtidar-müxalifət münasibətlərinin davamlı olaraq düşmənçilik səviyyəsində saxlanmasında, eyni zamanda mitinqlərə davamlı olaraq icazə verməməklə müxalifəti icazəsiz aksiyalara yönəltməkdə maraqlı olan qüvvələr var.  Biz Xalq Hərəkatı olaraq prosesləri təhlil edərək sağlam qərarların verilməsinin tərəfdarıyıq. Bu səbəbdən də son 6 ildə mitinqlərin mütləq formada “Məhsul” stadionunda keçirilməsi, həmçinin son 14 ildə digər ünvanlarda yürüş-mitinqlərə qoyulmuş qeyri-rəsmi qadağanın aradan qaldırılmasında maraqlıyıq".

“İsgəndər Həmidov ölkəyə qayıdandan sonra AXH ilə əlaqə saxlayıbmı? Onun proseslərdən bir qədər kənarda qalması AXH-nin mitinq hazırlıqlarına necə təsir edəcək” suallarına isə A.Şakiroğlu belə cavab verdi: “İsgəndər Həmidov ölkəyə geri dönüşündən sonra onunla davamlı təmasım olub. Düşünmürəm ki, İsgəndər Həmidov proseslərdən kənardadır. İsgəndər Həmidov proseslərim hər zamankı kimi episentirindədir. Sadəcə, müvvəqqəti olaraq müalicəsilə əlaqədar toplantılara qatılmır. Toplantılara qatılmamasının isə AXH-nin mitinqinə hazırlıq işlərinə düşünmürəm ki, mənfi təsiri olsun. Hesab edirəm ki, 20 iyul mitinqinə qədər İsgəndər Həmidov AXH-nin fəaliyyətində yaxından iştirak etməyə başlayacaq. AXH bir şəxsin siması altında olan qurum deyil, adından da göründüyü kimi, Xalqın Hərəkatıdır. Biz Hərəkatı təsis edən zaman da bütün bu nüansları hesablamışdıq. Bu səbəbdən də hər hansısa bir axsama olası deyil”.(“Yeni Müsavat”)



шаблоны для dle 11.2
Tarix: 12-06-2019, 08:55




Xəbər lenti