Canlı yayında İsgəndər Həmidov müəmması - AXH İdarə Heyətindən Fuad Əliyev suallara aydınlıq gətirir


Bu gün musavat.com saytının "Facebook" və "Youtube" platformalarında həyata keçirdiyi "Canlı debat"da Azərbaycan Xalq Hərəkatının (AXH) təsisçilərindən biri, Azərbaycan Libreal Demokrat Partiyasının rəhbəri Fuad Əliyev qonaq olacaq. F.Əliyev AXH üzvü İsgəndər Həmidova bir neçə gün öncə etdikləri ziyarət, qurumun taleyi ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirəcək. İ.Həmidovun səhhəti, siyasətə qayıdıb-qayıtmayacağı ilə bağlı suallar, eləcə də AXH-nin keçirəcəyi 20 iyul yürüş-mitinqi də müzakirə mövzularından olacaq.
Saat 15.00-də başlanacaq bu müzakirədə dinləyicilərimiz də iştirak edə bilərlər.

Bunun üçün musavat.com -un Facebook, ya da Youtube səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatila bilərsiniz.

шаблоны для dle 11.2
Tarix: 11-07-2019, 14:54




Xəbər lenti