Jirinovskinin Türkiyə ilə bağlı şok proqnozu reallaşır


S-400-lərin Türkiyəyə tədarükündən sonra Rusiya-Türkiyə münasibətlərinin gələcəyinə dair müxtəlif proqnozlar yayılmağa başlayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu proqnozlar arasında diqqəti daha çox çəkən Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin bir neçə il öncə səsləndirdiyi ifadələr olub.

V.Jirinovskinin Türkiyə-Rusiya yaxınlaşması ilə bağlı bir neçə il öncə səsləndirdiyi ifadələri yenidən gündəmə jurnalist Dmitri Smirnov gətirib. D.Smirnov öz Tvitter səhifəsində Jirinovskinin çıxışının 2016-ci ilə aid olduğunu xatırladıb və burada onun Türkiyənin Rusiyaya Belarus, Qırğızıstan və hətta Ermənistandan da yaxın olacağını dediyini vurğulayıb: “Cəmi üç il keçib, amma Jirinvoskinin sözləri artıq qeyri-real görünmür”.

Qeyd edək ki, həmin çıxışında Jirinovski Türkiyənin, həmçinin NATO-dan çıxacağını və Şanxay Əməkdaşlıq Təşkilatı ilə Gömrük İttifaqına üzv olacağını bildirmişdi.

шаблоны для dle 11.2
Tarix: 15-07-2019, 21:54




Xəbər lenti