V. Putin A. Atambayevi cəzaladırır ona görə ki,...

 
Tanınmış hüquqşünas, Qarabağ Qazisi Vüqar Dadaşov Qırğızıstanın keçmiş prezidenti A. Atambayevin təqib edilməsi barədə fikirlərini bölüşüb. Həmin çıxışı oxucularımıza təqdim edirik.
“Qırğızıstanın yeni hakimiyyəti ölkənin keçmiş prezidenti və öz postundan könüllü getmiş A. Atambayevin təqibinə start verib.
Sözsüz ki, bu hal hakimiyyətdə olan bəzi dövlət başçıları üçün xoşagəlməz nümunədir, xüsusən də keçmiş SSRİ ərazisində olan dövlətlərdə və məhz hal “ömürlük rəhbərlər” üçün əsas səbəblərdən biridir, daha dəqiqi isə “təqib qorxusu”dur. Bəli qanun qarşısında hamı eynidir ancaq ki, Qırğızıstanın keçmiş prezidenti A. Atambayevin təqib olunması sözsüz ki, sifarişlidir. Qırğızıstanın yeni prezidenti S. Janbayev ölkənin təhlükəsizlik şurasının iclasında çıxış edərkən özünü prosessual şəxs kimi yəni müstəntiq kimi aparmış, A. Atambayevin hərəkətlərini onun şahid qismindən şübhəli şəxsə qisminə çevriləcəyini bildirib. Qırğızıstanın yeni prezidenti S. Janbayev iclasda özünü prezident kimi deyil məhz müstəntiq kimi aparıb. Təkzib edilməz faktdır ki, Qırğızıstan tam Kremlin əlinin altındadır və həmişə də əlinin altında olub, A. Atambayev də həmçinin Moskvanın adamı idi. İndi görünən odur ki, Moskva A. Atambayevin cinayət təqibinə xeyir-dua verib, buna əsas bir səbəb var-A. Atambayev hakimiyyətdən könüllü gedərək həm V. Putinə həm də ruslara nümunə göstərdi. Putin bunu özünün alçalması kimi qiymətləndirdi ona görə ki, bu fonda Qırğızıstan Rusiyadan daha demokratik olduğu göründü. Putin Atambayevin “könülü” hakimiyyətdən getməsinə görə onu cəzalandırmaq fikrinə düşdü.
Putin idarəçiliyinə qarşı Rusiyada ardı kəsilməyən mitinqlər və xalq narazılığı fonunda Qırğızıstan prezidenti A. Atambayevin könüllü hakimiyyətdən getməsi rusların Putinin hakimiyyətdən qovulmasına güzəştsiz və son tələb kimi əlavə bir stimuldur. Əlbət də Putin hesab edir ki, A. Atambayev öz nümunəvi hərəkəti ilə hakimiyyətdən könüllü getməsi onun üçün acı bir nümunə olub və bunu Atambayevin xəyanəti kimi qiymətləndirir. Nəticə, Atambayev cəzalandırılır.
Hesab edirəm ki, Putinin hakimiyyətdən getməsi dağlardan o yana deyil və Putinin getmə prosesindən sonra və bu ərəfədə Qırğızıstanın keçmiş prezidenti A. Atambayevin cinayət təqibinə son verilə bilər ancaq bunun üçün müəyyən vaxt gedəcək.                                          Siam.azшаблоны для dle 11.2
Tarix: 13-08-2019, 16:56




Xəbər lenti