İlqar Məmmədovun statusu müxalifəti özündən çıxardı...


İlqar Məmmədovun statusu müxalifəti bir-birinə vurdu


Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədovun seçki ilə bağlı statusu müxalifət düşərgəsində etirazla qarşılanıb. 

 İlqar Məmmədov boykot tərəfdarlarını “erməni əlaltısı” adlandırıb. “Məhkəmədə bərabəri görünməyən qələbələr qazanıb bir il öncə azadlığa çıxdım. Avropa məhkəmə sistemini rüsvayçılıqdan xilas edən Fransa prezidentindən tutmuş REAL fəallarına qədər hər kəsə təşəkkürümü bildirdim. Sonra cəmiyyət qarşısında sual qoydum: “Millətimizin yolunu inqilabi seçki ilə açacağıq, yoxsa ürəyinizdən öyrəşdiyimiz şikayət və saxtakarlıqlar keçir?

Öz cavabımı bilirsiniz: seçkimizin yolunda kim hansı pozada dursa erməni işğalçısının əlaltısıdır. İstər şikayətçi-boykotçu pozasında, istər saxtakar pozasında.

Unutmayaq, kimin səs sayması vacib deyil, kimin ayağa qalxaraq o səsi qoruması vacibdir”, - REAL sədri “Facebook” səhifəsində yazıb.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının bu məsələyə münasibəti isə daha sərt olub: 

“İlqar Məmmədov həbsdən çıxdıqdan sonra, hər dəfə danışanda özünü ictimai rəydə necə nüfuzdan saldığının fərqində deyil. Doğurdanmı REAL- da bir adam tapılmır ki, buna necə danışmaq lazım olduğunu öyrətsin?!

İndi də durub iddia edir ki, kim "seçkiyə şikayətçi - boykotçu pozasında gedəcəksə, ermənilərin əlaltısıdır." Belə çıxır ki, sərbəst seçki mühitinin olmadığı bir şəraitdə, seçkinin əvvəlki kimi total saxtalaşdırılacağına etiraz edən müxalifət baykot qərarı verərsə, bu ermənilərin istəyi olacaq. O halda məntiqlə belə çıxır ki, ermənilər Azərbaycanda demokratik seçkilərin keçrilməsini istəyir. 

Digər məntiqi nəticə budur ki, Amerikanın, Avropanın idarə edə bilmədiyi müxalifəti ermənilər idarə edir. Bu artıq təkcə qərəz deyil, həm də qeyri-ciddilikdir. Saxtakarlığa görə seçkiyə inanmadığı üçün səsverməyə getməyən insanlar da eyni məntiqlə ermənilərin əlaltısı kimi damğalanırlar bu bəyanatla. 

İqtidar adətən müxalifəti dolayı yollarla ermənilərin dəyirmanına su tökməkdən ittiham edirdi, bu adam isə birbaşa əlaltı damğasını vurur”.

Yenisabah.az

шаблоны для dle 11.2
Tarix: 16-08-2019, 09:34




Xəbər lenti